Yuxarı

COP29 çərçivəsində çay təminatını “Azerçay” həyata keçirəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə Bakıda keçiriləcək COP29-da iştirak edən əsas markalardan biri də doğma çay markası “Azerçay”dır.

Axar.az xəbər verir ki, bu barədə “Doğma çay” markasının marketinq müdiri Tərlan Lətifov məlumat verib.

O qeyd edib ki, COP29 günlərində Mavi Zonada yerləşən Azərbaycan pavilyonun və Yaşıl Zonada bütün qonaqların çay təminatını bu milli markamız həyata keçirəcək.

Eyni zamanda ölkəmizdə qonaq olan şəxslərə “Azerçay” tərəfindən hədiyyələr təqdim edilərək, ölkəmizin çay mədəniyyəti haqqında məlumat veriləcək.

Azərbaycanın çay mədəniyyətinin qorunmasında və ölkəmizdə çayçılığın inkişafında müstəsna rolu olan “Azerçay” daim yerli və beynəlxalq layihələrə dəstək olur.

Qeyd edək ki, “Azerçay” ötən il Dubayda keçirilmiş COP28-də Azərbaycan Pavilyonunu ziyarət edən qonaqları da çayla təmin edib.

Tarix
2024.11.06 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bu DSK-ların tərkibində dəyişiklik edildi

Pənahovdan bələdiyyə seçkiləri ilə bağlı açıqlama

Əliyev, Ərdoğan və Tramp: Qafqazda, görün, nələr olacaq…

Tramp qalib gəldi: İndi əsas sual...

Azərbaycanla möhkəm tərəfdaşlıq… - Kobaxidze

Əliyev Trampa məktubunda bunu xüsusi qeyd etdi

İlham Əliyev Trampı təbrik etdi

Ümid edirik ki, Azərbaycan bunu edəcək - Ərdoğan

TDT-nin yeni bayrağı qəbul edildi - Foto

Qalib gələn Trampın Azərbaycan açıqlaması İrəvanı qarışdırdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla