Yuxarı

AP-da Ermənistan əleyhinə dinləmələr keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AP-da Ermənistan əleyhinə dinləmələr keçirildi

Avropa Parlamentində Azərbaycan-Ermənistan, Dağlıq-Qarabağ münaqişəsinə dair Avropa üzrə Liberallar və Demokratlar Alyansı siyasi qrupununun üzvləri İvo Vayql (Sloveniya) ve Hannu Takkulanın (Finlandiya) ev sahibliyi ilə "Dağlıq-Qarabağda çəkişmələrin eskalasiyası: AB üçün narahatlıq səbəbi?" mövzusunda dinləmələr keçirilib.

Report-un məlumatına görə, dinləmələrdə həmçinin AP-nin digər üzvləri Norika Nikolai (Rumıniya), İveta Qriqule (Latviya) və Anneli Yaatenmaki (Finlandiya) iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AP üzvü İ.Vayql Azərbaycan-Ermənistan münaqişəsinin tezliklə həll olunması vacibliyini vurğulayıb, eləcə də Azərbaycanın Ağdam rayonunda yerləşən köçkün şəhərciyinə səfərini yada salıb. O, AB-nin daha böyük enerji ilə ən yüksək siyasi səviyyədə məsələyə diqqət ayırmasının vacib olduğunu bildirib.

Daha sonra çıxış edən Avropa Parlamentinin uzvu H.Takkula münaqişənin hələ də öz həllini tapmamasına və erməni təcavüzünün nəticələrinə diqqət çəkib, eləcə də erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Deputat Norika Nikolai BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq, erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmalı olduğunu qeyd edib və münaqişənin həlli prosesinin beynəlxalq hüquqa əsaslanmalı olduğunu vurğulayıb.

Dinləmələr zamanı Ermənistanı təmsil edən bir sıra şəxslərin tədbirin gedişatına təsir etmək cəhdlərinə baxmayaraq, onlar buna nail ola bilməyiblər. İştirakçıların səsləndirdikləri fikirlərdə işğal faktı öz əksini tapıb.

Tarix
2016.04.22 / 23:27
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla