Yuxarı

“Azərişıq” bu ölkə ilə Anlaşma Memorandumu imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq” bu ölkə ilə Anlaşma Memorandumu imzaladı

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə səfərdə olan “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbəri Altınbek Rısbekov arasında görüş baş tutub. Görüş zamanı qurumlar arasında əməkdaşlıq perspektivləri, yaşıl enerjiyə keçid, yeni texnologiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Axar.az xəbər verir ki, qonaqlara paylayıcı şəbəkələrdə tətbiq olunan yeniliklər, o cümlədən rəqəmsal şəbəkələr, 35/04 kV-luq şəbəkələrə keçid, Enerji Doldurma Məntəqələrinin vahid platforma üzərindən idarə olunması və digər müasir texnologiyaların paylayıcı şəbəkələrdə tətbiqi haqqında geniş məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər arasında baş tutan işgüzar görüşdə “Azərişıq” ASC və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbərliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən sənəddə innovativ texnologiyalar, yaşıl texnologiyalar, rəqəmsal transformasiya və şəbəkələrin etibarlılığının, dayanıqlılığının artırılması mövzuları əksini tapıb. Bu istiqamətlər üzrə hər iki ölkənin paylayıcı şəbəkələri beynəlxalq təcrübədən yararlanmağı qarşısına məqsəd qoyub. Həmçinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək üçün gələcəkdə mütəxəssislərin davamlı görüşləri də nəzərdə tutulub.

Tarix
2024.11.16 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla