Yuxarı

Bakıda Frank Palloneyə qarşı aksiya keçirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Frank Palloneyə qarşı aksiya keçirilir

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri ABŞ-ın ermənipərəst konqresmeni Frank Palloneyə qarşı etiraz aksiyası keçirirlər.

Axar.az xəbər verir ki, aksiya iştirakçıları azərbaycanlıları təhqir etmiş konqresmen Frank Pallonenin xalqdan üzr istəməsini, dünənki dinc aksiya zamanı zorakılığa yol vermiş mühafizəçiləri ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunmasını və Azərbaycana qarşı böhtan kampaniyalarına görə cavab verməsini tələb edirlər.

Xatırladaq ki, dünən bir qrup vətəndaş cəmiyyəti təmsilçisi Frank Pallonenin qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirərək Azərbaycan xalqından üzr istəməsini və ölkəni tərk etməsini tələb etmiş, onun müharibə cinayətkarlarına himayəçilik edən şəxs olduğunu, belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsinin COP tarixinə utancverici hadisə kimi düşəcəyini bildirmişdilər. Hadisə zamanı aksiya iştirakçıları Frank Pallonenin mühafizəçiləri tərəfindən hücuma məruz qalmış, müxtəlif bədən xəsarətləri almışdılar.

Tarix
2024.11.17 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla