Yuxarı

Şotlandiya parlamentindən Azərbaycanla bağlı qətnamə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şotlandiya parlamentindən Azərbaycanla bağlı qətnamə

Şotlandiya parlamentində "COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" adlı qətnamə irəli sürülüb.

Axar.az xəbər verir ki, parlamentin rəsmi internet səhifəsində yerləşdirilən qətnamədə COP29-un dünyada, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh, beynəlxalq əməkdaşlıq və dostluq üçün əlamətdar hadisə olduğu vurğulanır.

COP29-un iqlimlə bağlı fəaliyyətin sülh və əməkdaşlıq üçün xalqlar arasında necə körpü rolunu oynaya biləcəyini təcəssüm etdirdiyi qeyd olunur. Həmçinin dünyada davam edən münaqişələrdə iştirak edən bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa çağıran "COP Atəşkəs" təşəbbüsünə dəstək ifadə edilir.

COP29-un beynəlxalq iqlim danışıqları üçün həlledici məqam olduğu bildirlir və tədbirdə iştirak edən bütün tərəflərə iqlim böhranı ilə əsaslı şəkildə mübarizə aparmaq üçün əməkdaşlığa çağırış edilir.

Qeyd edək ki, qətnaməni 5 siyasi partiyadan – Leyboristlər, Mühafizəkarlar, Yaşıllar, Liberal Demokratlar, Şotlandiya Milli Partiyasından 25 nəfər parlament üzvü dəstəkləyib.

Tarix
2024.11.21 / 09:14
Müəllif
Axar.az
Digər xəbərlər

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla