Yuxarı

Bakı təklifdən imtina edir, çünki “ağası” yoxdur - Klaçkov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı təklifdən imtina edir, çünki “ağası” yoxdur - Klaçkov

Azərbaycan hər şeyi düzgün edir. Bu, Ermənistan və Gürcüstanda baş verənlərlə müqayisədə çox yaxşı mənada faydalı görünür.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Pavel Klaçkov “Moskva-Bakı”ya müsahibəsində Bakının Amerika dövlət katibinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirmək təklifindən imtinasını şərh edərkən deyib.

“Azərbaycan sübut etdi ki, o, Rusiyanın şəffaf, konstruktiv tərəfdaşıdır, ona arxalana biləcək müttəfiqdir. Hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edən çoxlu sayda layihəmiz var. Azərbaycanın siyasəti tarazlı, hərəkətləri düşünülmüş olması ilə seçilir, bütün risklər mərhələ-mərhələ hesablanır, siyasətdə tərəddüd yoxdur, məntiqlə qurulub. Artıq bir ildən çoxdur ki, Bakı ABŞ-ı açıq-aşkar tənqid edir, “ağasına” boyun əymir, çünki Azərbaycanda Ermənistandan fərqli olaraq, ağa yoxdur. Azərbaycan suveren siyasət aparır”, - o bildirib.

Klaçkov qeyd edib ki, Bakı artıq Amerikanın yeni administrasiyası ilə əlaqələr qurur:

“Azərbaycana heç kimlə münasibətlərdə çətinlik lazım deyil, lakin Bayden administrasiyası Vaşinqtonla Bakı arasında münasibətləri çətin vəziyyətə salıb. Bakı isə bütün qlobal oyunçularla konstruktiv münasibətlərə can atır, lakin milli maraqları bahasına deyil. Bakının ABŞ-ın indiki siyasətinə səbri tükənib”.

Tarix
2024.12.11 / 11:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Astanada Prezidentin rəsmi qarşılanma mərasimi keçirildi

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlığı inkişaf edir

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla