Yuxarı

Bir miqrantın generalı rahatlıqla öldürə bilməsi… - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir miqrantın generalı rahatlıqla öldürə bilməsi… - Ekspert

Mən də o xəbəri oxuyanda təəccübləndim ki, 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Rusiyanın mühüm şəxsini və onun köməkçisini öldürə bilir.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyr Cəfərov Rusiya ordusunun generalı İqor Kirillovun qətlini şərh edərkən deyib.

“Miqrant generalı öldürdükdən sonra ölkəni tərk etmək yerinə, Moskvada oturur və onu da rahat şəkildə tuturlar. Zənnimcə, terror aktı bu formada həyata keçirilmir. Əgər söhbət generaldan gedirsə, skuterə partlayıcı qurğular yerləşdirib, yaşadığı binada sui-qəsd törətmək yerinə, daha peşəkar təşkil oluna bilərdi. Mən bu fakta inanmıram.

Xatırlayırsınızsa, "Krokus Siti Holl"da baş verən terror aktından sonra qətliamı törədən tacikistanlılar Rusiya-Ukrayna sərhədinə doğru gedib, ölkəni tərk etməyə çalışmışdılar. Bu hadisədən sonra bütün tacikistanlı miqrantlar hədəfə alınmışdı, tez-tez onlara hücumlar təşkil olunurdu. Ona görə də mən bu faktı Özbəkistan vətəndaşlarının hədəfə gətirilməsi kimi qiymətləndirirəm. Hesab edirəm ki, gələcək günlərdə Özbəkistan vətəndaşlarına təzyiqlər olacaq", - Cəfərov bildirib.

Hərbi ekspert qeyd edib ki, nə olursa olsun, bu hadisə Ukraynanın uğurudur:

"Bütün ölkələrdə dövlət sirrini daşıyan şəxslər ciddi qoruma altında olurlar. Rusiya hazırda müharibə aparan ölkədir. Əgər general bu formada öldürülürsə, bu, ölkənin təhlükəsizliyinin zəifliyindən irəli gəlir. Buna görə də Rusiya qəzəbin səbəbini özündə axtarmalıdır".

Xatırladaq ki, dünən səhər Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov və köməkçisi öldürülüb.

Tarix
2024.12.18 / 17:05
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib?

Bakının bu görüşlərə tamhüquqlu iştirakçı kimi qoşulması...

İlham Əliyev "Manas" ordeni ilə təltif edildi - Foto

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gəlir

Azərbaycan Qırğızıstana nələr satıb? – 24 ədəd maşın...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

Prezident və xanımının şərəfinə dövlət ziyafəti verildi

Prezidentlərin iştirakı ilə iclas keçirildi - Foto

İlham Əliyev qırğız həmkarını Azərbaycana dəvət etdi

Ölkələr arasında imzalanmış sənədlər mübadilə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla