Yuxarı

Astara polisindən baş verənlərlə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara Rayon Polis Şöbəsi ötən gün rayonda baş verənlərə münasibət bildirib.

Polis Şöbəsinin istintaq bölməsinin rəisi Hikmət Ağayev APA-ya bildirib ki, Ərçivan qəsəbə sakinləri ərizə ilə polisə müraciət ediblər: "Həqiqətən də bu gün qəsəbənin bir qrup sakini şöbəyə gələrək, sosial şəbəkədə təhqir olunduqlarını, bunu yazan şəxsin isə rayonun Pensər kəndinin sakini olduğunu bildiriblər. Qəsəbə sakinləri həmin şəxsdən şikayətçi olub, onun cəzalandırılmasını istəyiblər. Tərəfimizdən aparılan araşdırmalardan sonra məlum oldu ki, təhqir heç də bu şəxs tərəfindən edilməyib. Sadəcə, bir başqası həmin şəxsin profilinə daxil olmaqla orda bu cür ifadələr yazıb və qarşıdurma yaratmağa cəhd edib. Hazırda polis araşdırma aparır və bunu edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır".

Polis şöbəsindən bildirilib ki, sakinlər şikayətlərini bildirəndən sonra ərazini tərk ediblər. Polislə sakinlər arasında hər hansı insident baş verməyib.

Xatırladaq ki, fevralın 17-də səhər saatlarından Astara rayonunda ciddi gərginliklər yaşanıb. Bu barədə aldığımız məlumatlarda bildirilir ki, yerli məmurlardan kiminsə rayon camaatının ünvanına aşağılayıcı ifadələr işlətməsi sakinləri hövsələdən çıxarıb və onlar İcra Hakimiyyətinin qarşısına yürüş edərək bir neçə saat ərzində aksiya keçiriblər. Bu hadisənin Astaranın Mərkəzi bazarının müəmmalı şəkildə yandığı günə təsadüf etməsi isə emosiyaları daha da qızışdırıb.

Məlumatı alan kimi Astaradakı mənbələrimizlə əlaqə saxlamağa çalışdıq. Müsavat Partiyasının Astara rayon təşkilatının sədri Tarif Əliyev bildirdi ki, hər şey sosial şəbəkədə bir təhqiramiz ifadələrin yer almasından başlayıb: ""Odnoklassik"də rayon sakinlərindən biri Ərçivan kənd camaatının ünvanına nalayiq ifadələr işlədib.

Bu da ərçivanlıların qəzəbinə səbəb olub və xeyli adam toplaşaraq Astara-Lənkəran magistral yolunu bağlayıblar. Əvvəl xəbər yayıldı ki, söyən adam məmurlardan olub. Ancaq sonra dedilər ki, yox, adi adam olub. Güman olunur ki, ehtiyatsızlıqdan işlədilən ifadə olub, xüsusi məqsəd kəsb etməyib". T.Əliyevin sözlərinə görə, yolun bir neçə saat ərzində kəsilməsi nəticəsində avtomobillərin hərəkəti dayanıb. Hətta Astara bazarındakı yanğını söndürməyə gələn maşınlar da yolu keçə bilmədiyindən dənizkənarı ərazi vasitəsilə hadisə yerinə yetişiblər: "Əhali etiraza qalxanda heç yanğın məsələsi yox idi, camaat polisin qabağında idi, yanğın sonrakı saatlarda oldu". T.Əliyev dedi ki, aksiyaçılar polis şöbəsinin qarşısına toplaşıb günahkarın cəzalandırılmasını tələb edib: "Polisdən bildirilib ki, həmin şəxs saxlanılıb. Sakinlər isə deyib ki, onu özləri cəzalandırmaq istəyirlər".

Tarix
2014.02.18 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla