Yuxarı

Yeni ili nəvələri ilə keçirməyə gedirmiş... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin sərnişinlərindən biri Yeni il üçün qızına baş çəkməyə uçurmuş.

Axar.az lent.az-a istinadən xəbər verir ki, Qazaxıstanda qəzaya uğrayan təyyarənin göyərtəsində olan Nərminə İgidovanın əri Bəşir kişi həyat yoldaşının Yeni ili nəvələri və qızı ilə qarşılamaq üçün Nalçikə uçduğunu deyib.

Kişinin sözlərinə görə, arvadı ilə əlaqə kəsilib və onun hələ də sağ qalıb-qalmadığını bilmir.

"Onunla sonuncu dəfə dünən axşam danışdıq, o, Bakıyadək 400 kilometr yol getməli olduğunu dedi. O, artıq yolda idi və hər şeyin yaxşı olduğunu söylədi. Bu söhbətdən sonra mən onunla daha əlaqə saxlaya bilmədim, telefon əlçatmaz idi. İndi heç nə başa düşmürəm, heç kim mənə zəng etmir. Mən onu harada axtaracağımı bilmirəm", - deyə Bəşir İgidov bildirib.

Nərminə və Bəşir İgidovların iki azyaşlı nəvəsi var. Baba və nənə mümkün qədər tez-tez qızlarına və nəvələrinə baş çəkməyə çalışıblar. Yaxınlarının dediyinə görə, Nərminə xanım həyat yoldaşı ilə birlikdə yaşadığı Yekaterinburqdan tez-tez qohumlarının yanına gedirmiş.

Tarix
2024.12.25 / 15:34
Müəllif
Axar.az
Digər xəbərlər

“Embraer” şirkətindən təyyarə qəzası ilə bağlı bəyanat

Bacılarım sonuncu dəfə mesaj yazdılar ki… - Video

Təyyarə qəzasında sağ qalanların yeni - Siyahısı

Filemon Yanq Azərbaycana başsağlığı verdi

AZAL-ın təyyarəsi dronla vurulub? - Video

Nazir xəsarət alanların son vəziyyətini açıqladı

Ərdoğan İlham Əliyevə məktub ünvanladı

Təyyarənin qəzaya uğramasının səbəbi... - Bozumbayev

Yaralılar nazirə qəzanın necə baş verməsindən danışdı - Video

Qazaxıstan XİN Azərbaycana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla