Yuxarı

Sosis ilə mədə xərçəngi arasında əlaqə sübut edildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sosis ilə mədə xərçəngi arasında əlaqə sübut edildi

Alimlər sosis yeməklə mədə xərçəngi arasında təsir və əlaqənin olduğunu sübut ediblər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim terapevt İrina Baranova sosislərin xərçəngə səbəb olmasını açıqlayıb.

“Çoxsaylı elmi tədqiqatlar sübut edib ki, sosis yeməklə mədə və bağırsaq xərçəngi əlaqəlidir. Sosislərin tərkibində olan dadlandırıcılar, konservantlar və nitritlər sosisin emalı zamanı birləşərək kanserogen maddələr yaradır.

Çox sosis yeyənlərin öd kisəsində daş da yaranır.

Sosisin zərəri tərkibi ilə əlaqədardır:

1. Doymuş yağlar, transyağlar ödü qatılaşdırır

2. Lifin olmaması

3. Duzun və süni dadlandırıcı, rənglərin olması.

Çox sosis verilən uşaqların da öd problemi olur. Ailədə olan zərərli qida vərdişləri gələcək nəsli də məhv edir.

Fast fud qidalar, hamburgerlər şirin qazlı içkilərlə qəbul edildikdə, ümumiyyətlə, orqanizmi sıradan çıxarır”, - o bildirib.

Tarix
2024.12.26 / 02:08
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla