Yuxarı

Zakir Həsənov türk komandanla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Jandarma Qüvvələrinin Baş komandanı, ordu generalı Qalip Mendinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az Müdafiə Nairliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyində qəbul edilən türkiyəli general protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq regiondakı hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat verib, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Müdafiə naziri fəaliyyətlərin dövlət başçılarının dəstəyi, hərbi qurumlar arasında razılığa və təsdiq olunmuş illik əməkdaşlıq planlarına əsasən sürətlə davam etdirilərək daha da genişləndiriləcəyini vurğulayıb.

General-polkovnik Z.Həsənov Türkiyə Jandarma Quvvələri Baş komandanının Azərbaycana səfərinin əlaqələrimizin daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Ölkəmizə ilk səfərindən məmnunluğunu bildirən ordu generalı Q.Mendi dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu xüsusi qeyd edib.

Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin perspektivləri, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Tarix
2016.05.05 / 19:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT Ermənistana çağırış etdi

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla