Yuxarı

Bakının 6 avtobus marşrutu müsabiqəyə çıxarılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtın 66 nömrəli şəhərdaxili, 122, 126, 162, 184 və 340 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Axar.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Müsabiqə üçün sənədlər yanvarın 26-sı saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təkliflərinə komissiya tərəfindən 162 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Yeni yaşayış massivi – “Koroğlu” metrostansiyası), 126 nömrəli şəhərətrafı (Şonqar qəsəbəsi – “Sədərək” ticarət mərkəzi), 66 nömrəli şəhərdaxili (Suraxanı qəsəbəsi – “Neftçilər” metrostansiyası) avtobus marşrutları üzrə 3 lotda fevralın 18-də; 340 nömrəli şəhərətrafı (Binə qəsəbəsi – Mərdəkan qəsəbəsi (Şüvəlan yolu)), 122 nömrəli şəhərətrafı (Ramana qəsəbəsi, Şuşa şəhərciyi – Maştağa qəsəbəsi), 184 nömrəli şəhərətrafı (Yeni Suraxanı qəsəbəsi – “Ulduz” metrostansiyası) avtobus marşrutları üzrə 3 lotda fevralın 21-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Tarix
2024.12.28 / 18:45
Müəllif
Axar.az
Digər xəbərlər

Adnan Əhmədzadənin həyat yoldaşı kimdir?

Pezeşkian Şahin Mustafayevi qəbul etdi

İndiyədək neçə yaşayış məntəqəsinə köç olub?

İlham Əliyev və xanımı Nyu Yorkda - Video

Qızılın qiyməti tarixi rekordunu təzələdi

İki həftədən sonra buna başlayırıq - Emin elan etdi

Ceyhun Bayramov Kallasla görüşdü

Bayramov Toiu ilə sülh prosesindən danışdı

Bu qurumlar koordinasiyalı fəaliyyət göstərməlidir - DTX rəisi

Hərbi biletə görə 22 min verdim - Sabiq rəisin məhkəməsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla