Yuxarı

Putin Əliyevə zənglə aydınlaşdırdı: general da olsa... - Mixaylov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Əliyevə zənglə aydınlaşdırdı: general da olsa... - Mixaylov

Azərbaycan, Rusiya, Qazaxıstan və Braziliyadan olan ekspertlərin rəhbərlik etdiyi təhqiqat Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı tam hesabat yaymazdan əvvəl Rusiya prezidenti təhqiqatın mümkün nəticəsini artıq müəyyən edərək, Əliyevə zəng etdi və üzr istədi.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“O, demək olar ki, son günlər Azərbaycan cəmiyyətində cərəyan edən çətin vəziyyəti idarə etdi. Bir-birinin ardınca ziddiyyətli məlumatlar gəldi, versiyalar deyildi, guya təyyarədə oksigen balonu partladı və ya quş dəstəsi müdaxilə etdi. Təbii ki, bütün bunlar bədbəxtlik üz verənlərin şüuraltına təsir edirdi. Bu vəziyyət Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək üçün istifadə edənlərin müxtəlif spekulyasiyalarına əsas oldu. Bu zənglə Putin aydınlaşdırdı ki, günahkarların heç biri - istər general olsun, istərsə də yüksək vəzifəli şəxs - cəzadan qaça bilməyəcək!” - o bildirib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Hadisə ilə bağlı Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyevə zəng edərək üzr istəyib.

Tarix
2024.12.29 / 11:13
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

İlham Əliyev Mirziyayevi təbrik etdi

Bilet qiymətləri və quru sərhədlərlə bağlı şad xəbər

Hörmüz böhranı: Xəzər İran üçün alternativ yol ola bilər - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla