Yuxarı

"Bild" pilotlarımızın qəhrəmanlığından yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bild" pilotlarımızın qəhrəmanlığından yazdı

Almaniyanın “Bild” qəzetində “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması zamanı pilotların yüksək peşəkarlığından bəhs edən məqalə yayımlanıb.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, "Qəhrəman pilotlar möcüzəni belə bacardılar" sərlövhəli məqalədə qəza enişi etməyə hazırlaşan təyyarənin sərnişinləri arasında ölüm qorxusunun hökm sürdüyü bir şəraitdə pilotların qeyri-adi cəsarəti sayəsində daha böyük insan itkisinin qarşısının alındığı, 67 sərnişindən 29-nun sağ qaldığı vurğulanıb. Yazıda Bakıdan Çeçenistana uçan təyyarənin Qroznı səmasında kənar müdaxilələrə məruz qalmasına baxmayaraq, Xəzər dənizi üzərindən Qazaxıstanadək bir neçə yüz kilometr məsafə qət etdiyi və Aktau yaxınlığında qəzaya uğradığı xatırlanıb. Təyyarənin qəzalı vəziyyətdə olmasına baxmayaraq, bu qədər uzun məsafə qət etməsinin pilotların peşəkarlığı sayəsində mümkün olduğu bildirilib.

“Bild” qəzetinə açıqlama verən aviasiya mütəxəssisi Yakob Vert pilotların peşəkarlığını möhtəşəm nailiyyət adlandırıb: “Uçuşun gedişatını və eniş cəhdini nəzərə aldıqda görürük ki, təyyarə nəzarətdən çıxıb. Pilotların zədələnmiş təyyarəni Xəzər dənizi üzərindən Aktauya çatdırması böyük nailiyyətdir”.

Məqalədə qeyd edilib ki, təyyarə açıq dənizin üzərində qəzaya uğrasaydı, bu, bütün sərnişinlər üçün ölüm demək olardı.

Tarix
2024.12.29 / 16:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

Bu deputatlara vəzifə veriləcək - Siyahı

Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

Prezidentdən Xaqani Şirvani ilə bağlı mühüm sərəncam

Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi

İlham Əliyev Gürcüstanla bu sazişi təsdiqlədi

6 nəfər prokurorluq orqanlarından xaric edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla