Yuxarı

Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni səhifə açıldı: indi Azərbaycan yardım edir!

Vaxtilə Ermənistan Rusiyanın istəyi ilə Bəşər Əsəd rejiminə dəstək məqsədilə bu ölkəyə yardım və hərbi heyət göndərmişdi. İndi isə Azərbaycan Türkiyə ilə birgə Suriyanın keçici hökumətinə dəstək verir. Bunun özü göstərir ki, geosiyasi durum Türkiyənin və Azərbaycanın xeyrinə dəyişir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu XİN rəhbərinin müavini Yalçın Rəfiyevin Dəməşqdə səfərdə olması və keçirdiyi görüşlər, eyni zamanda ötən gün Azərbaycanın Suriyaya 200 ton yardım göndərməsi haqda qeyd edib.

“Azərbaycan Suriya ilə münasibətlərdə yeni səhifə açır. Suriyada etirazlar başlayandan sonra Türkiyəni düşmən sayan Bəşər Əsəd Azərbaycana da eyni gözlə baxır, Ermənistanın işğalçı siyasətinə dəstəyini ifadə edirdi. Bu səhifə qapanıb, Suriyada hakimiyyətə Türkiyəyə dost qüvvələr gəldiyindən Dəməşq Azərbaycanla da tərəfdaşlıq münasibətləri qurmaq istəyir. Sərnişin təyyarəmizin vurulması səbəbindən Azərbaycan - Rusiya münasibətlərinin gərginləşməsi fonunda ölkəmizin Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməklə yanaşı Suriyanın simasında tərəfdaş ölkə qazanması da əhəmiyyətlidir”.

Tarix
2024.12.31 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla