Yuxarı

FSB türk biznesmeni həbs etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FSB türk biznesmeni həbs etdi

Rusiyanın Nijni Novqorod vilayətində 2 ildir ticarətlə məşğul olan Türkiyə vətəndaşı Əziz Şənel Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən saxlanılıb.

Axar.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Şənelin saxlanılmasına səbəb kimi FSB əməkdaşlarının "dur" əmrinə tabe olmaması göstərilib.

Əziz Şənel polisdə ifadəsi zamanı FSB əməkdaşlarını quldurlarla səhv saldığını və buna görə əmrə tabe olmadığını bildirib. Artıq onun barəsində heç bir sübut olmadan 7 il həbs cəzası verilib. Şənelin vəkili qərarla bağlı apelyasiya şikayəti verib və növbəti məhkəmə mayın 17-də baş tutacaq.

Onun xanımı Anastasiya Şənel isə məsələ ilə bağlı Türkiyə hökumətindən yardım istəyib:

"Şahidləri təhdid ediblər. 7 yaşındakı oğlum və mən əlacsız qalmışıq. Kömək üçün Türkiyə hökumətinə müraciət etmişəm".

Tarix
2016.05.10 / 10:17
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla