Yuxarı

Los-Anceles yanğınlarında vətəndaşlarımız da yaralanıb?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Los-Anceles yanğınlarında vətəndaşlarımız da yaralanıb?

Los-Anceles vilayətində baş vermiş meşə yanğınları zamanı Azərbaycan vətəndaşlarının xəsarət alması barədə Baş Konsulluğun qaynar xəttinə məlumat daxil olmayıb.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Azərbaycanın Los-Anceles şəhərindəki baş konsulu Vüqar Qurbanov deyib.

O bildirib ki, Baş Konsulluq mütəmadi olaraq Azərbaycan vətəndaşlarının yanğınlar zamanı mümkün xəsarət alması ilə bağlı ABŞ tərəfinə məlumat sorğusu göndərir:

“13.01.2025-ci il tarixində yerli vaxtla səhər 9:30-a (Bakı vaxtı ilə 21:30) olan məlumata əsasən, ABŞ tərəfindən Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat daxil olmayıb. Habelə yanğından təxliyə edilmiş insanlar üçün təsis edilmiş sığınacaqlarda vətəndaşlarımız olarsa və onlara yardım tələb olunarsa, sığınacaqlardan Baş Konsulluğa məlumat verilməsi gözlənilir”.

Azərbaycan vətəndaşlarından təcili konsulluq yardımına ehtiyacları olduğu halda +13109234540 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunub.

Tarix
2025.01.13 / 23:05
Müəllif
Axar.az
Digər xəbərlər

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla