Yuxarı

Ermənistan Rusiyaya buna görə nota verdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Rusiya səfiri Sergey Kopırkin "Rusiya" (Rossiya) telekanalında yayımlanan "Həftə xəbərləri" (Vesti nedeli) proqramının 12 yanvar 2025-ci il tarixli buraxılışında Ermənistanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönələn fikirlərlə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Axar.az xəbər verir ki, süjetdə Zəngəzur dəhlizinin Azərbaycan üçün həyati əhəmiyyətindən danışılıb.

“Azərbaycan üçün Zəngəzur dəhlizi boyunca magistral yolun çəkilməsi həyati əhəmiyyət kəsb edir. Bu barədə razılıq hələ 2020-ci ilin 10 noyabrında Putin, Əliyev və Paşinyan tərəfindən üçtərəfli bəyanatda əldə olunmuşdu. 40 km uzunluğunda olan Zəngəzur dəhlizi Azərbaycanı əsas ərazisi olan Naxçıvan eksklavı ilə birləşdirməlidir. Ötən həftənin çərşənbə axşamı jurnalistlər qarşısında çıxış edən Azərbaycan prezidenti son dərəcə qətiyyətlə səsləndirdi: “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

Nikol Paşinyan 10 noyabr bəyanatı ilə bağlı üzərinə götürdüyü öhdəliklərini və İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı qəti tələbini görməzdən gəlir”, - süjetdə vurğulanıb.

Tarix
2025.01.15 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Cəlaloğludan Bəhrama ittiham: Rus agenti - Video

Rəsmi Bakıdan Abxaziyadakı seçkilərə reaksiya

Erməni Bella Bakıya təhvil verilir? – Lapşin ifşa oldu

Vensin çıxışı Avropanı şoka saldı: Putinlə müqayisə…

Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi

Paşinyan Sinirlioğlu ilə görüşdü, Bakı ilə əlaqələrdən danışdı

Bayramov Hakan Fidanla görüşdü

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

Azərbaycandan Serbiya ilə bağlı paylaşım

Vens Münhendə Avropa elitasını bu çıxışla darmadağın etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla