Yuxarı

İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü?

Novruz bayramı ərəfəsində Əfv sərəncamı imzalanması artıq illərdir ki, ənənə halını alıb və dövlətin humanist siyasətinin bir göstəricisi kimi qəbul olunur. Əfv sərəncamları əsasən müxtəlif kateqoriyadan olan məhkumların cəzasının azaldılması və ya azadlığa buraxılmasını nəzərdə tutur. Bu proses Əfv Komissiyası tərəfindən daxil olan müraciətlərə baxılması və müvafiq rəylərin hazırlanaraq Prezidentə təqdim olunması ilə həyata keçirilir. Nəticədə əfv ediləcək şəxslər barədə qərar ölkə başçısı tərəfindən verilir.

Bu sözləri Axar.az-a Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev İmişlidə yol-nəqliyyat hadisəsi zamanı xuliqanlıq etdiklərinə görə tutulan şəxslərə qarşı dövlətin humanistlik göstərə biləcəyi haqda xəbərləri şərh edərkən deyib.

O bildirib ki, əfv sərəncamı yalnız məhkum olunmuş şəxslərə şamil edilir:

“Həmin şəxslər barəsində hazırda cinayət təqibi aparılır və onlar məhkum statusu daşımır. Əfv sərəncamı qanuna əsasən yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarından sonra məhkum olunmuş şəxslərə tətbiq olunur. Bu şəxslər barəsində isə hazırda yalnız istintaq gedir və onların təqsirsizlik prezumpsiyası var. Bu baxımdan onların əfv olunması ilə bağlı müraciətlərə baxılması mümkün deyil”.

Əliməmməd Nuriyev vurğulayıb ki, Əfv Komissiyasının əsasnaməsinə görə yalnız məhkum olunmuş şəxslərin cəzasının yüngülləşdirilməsi, qalan hissəsindən azad olunması və ya məhkumluğun götürülməsi mümkündür. Hazırda istintaq mərhələsində olan şəxslər Əfv sərəncamına daxil edilə bilməz.

Tarix
2025.01.23 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Əliyevdən Trampa: Buna əminəm...

Bu xartiya ABŞ-la əlaqələri yeni pilləyə qaldırdı - Prezident

İlham Əliyev Donald Trampı bu sözlərlə təbrik etdi

Azərbaycanda Milli Qurtuluş Günüdür

Prezidentdən 15 iyunla bağlı paylaşım

Mehriban Əliyeva Qurtuluş Günü ilə bağlı bu paylaşımı etdi

Hikmət Hacıyev Ermənistana necə gedib?

Hikmət Hacıyev Ermənistanda gəzintiyə çıxdı - Video

Rəsmi Bakı Paşinyanın qələbəsindən sonra ilk addımı atdı

Vatikanın yüksək səviyyəli rəsmiləri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla