Yuxarı

Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması…

ABŞ-la iqtisadi, təhlükəsizlik və müdafiədən tutmuş demokratik təsisatlarımıza dəstəyə qədər, bir çox sahədə əməkdaşlıq mövcuddur.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq xartiyası haqda parlamentdə danışarkən deyib.

O bildirib ki, bu, yaxşı perspektivlər açan çox uğurlu, çoxşaxəli sənəddir:

“Amma mən başqa bir şey üzərində dayanmaq istəyirəm. Çox maraqlı manipulyasiya prosesləri var idi. Bəziləri dedi: hamı xilas oldu... Şimalda, cənubda, şərqdə və qərbdə xilaskarlar axtarmağa ehtiyac yoxdur. Əgər özümüzü xilas etmək imkanımız varsa, o zaman bunu özümüz etməliyik ki, xilas olaq, inkişaf edək, güclənək. Biz xilaskar axtarmırıq və bu sənədlə heç bir xilaskar tapmadıq.

Başqa bir qrup deyir ki, bu, hərbi ittifaqdır. Yəqin ki, daha sonra deyəcəklər ki, görürsən, strateji müttəfiqlik işləmədi.

Amma ən parlaq qrup da var, dedi ki, yaxşı və ya pis, Tehran və Moskva buna görə bizi cəzalandıracaq.

Mən Moskvada səfərdə idim, müavinim isə iki gün öncə Tehrandan qayıdıb. Biz çox yaxınıq, deyə bilərik ki, Moskva və Tehrandakı həmkarlarımızla gündəlik, həftəlik təmasdayıq, bir çox məsələləri koordinasiya edirik və qarşılıqlı anlaşma və tərəfdaşlıq şəraitində işləyirik”.

Bir daha xartiyaya qayıdan Mirzoyan qeyd edib ki, bu, mühüm sənəddir:

“Onu hərbi ittifaq adlandırmaq olmaz; bu, ümumiyyətlə, müqavilə deyil, xartiyadır”.

Tarix
2025.01.23 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla