Maskın şirkətində Süleyman Kərimovun da payı var imiş

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sanksiyalarına məruz qalan rusiyalı senator və milyarder Süleyman Kərimov İlon Maskın "SpeysX" şirkətində payı olub və öz səhmlərini müvəkkil etdiyi fond (trust) vasitəsilə idarə edib.

Axar.az "Anyus.az"a istinadla xəbər verir ki, Kərimov 2017-ci ildə yaradılan və Delaver ştatında yerləşən “Heritage Trust” vasitəsilə "SpeysX"in səhmlərini alıb.

"Blumberq" iki keçmiş yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə istinadən bildirib ki, trast əvvəlcə "SpeysX"in təxminən 1%-nə sahib olub.

ABŞ hökuməti 2018-ci ilin aprelində Süleyman Kərimovun adını sanksiya siyahısına daxil edib. O, Oleq Deripaska, Viktor Vekselberq və digər rusiyalı milyarderlərlə birlikdə sanksiyalara məruz qalıb.

“Heritage Trust”ın idarə olunmasını həyata keçirən "Citigroup" şirkəti bu məsələ ilə bağlı ABŞ Maliyyə Nazirliyinə müraciət edib, trasta və ona bağlı qurumlara məhdudiyyət qoyulmasına ehtiyac olmadığını bildirib. Lakin 2022-ci il iyunun sonunda ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) "Heritage Trust"ın aktivlərini dondurub. O zaman bu aktivlərin ümumi dəyəri 1 milyard dollar olub.

Həmin dövrə qədər Kərimov "SpeysX"dəki payını artıq satıb.

Hazırda 58 yaşlı Süleyman Kərimov Rusiyanın ən varlı iş adamları siyahısında 17-ci yerdə qərarlaşıb.

Ümumi dünya sıralamasında isə 282-ci yerdədir və sərvəti təxminən 9,9 milyard dollar dəyərindədir.

Tarix
2025.01.30 / 17:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı Qlobal Forumu bunun üçün çox yaxşı fürsətdir

Prezident Jelka Tsviyanoviçlə görüşdü

Rus sülhməramlılar bu məlumatı bizdən gizlədiblər - Akopyan

Məqsəd budur: Putin imtina etsin, Tramp isə... – Arkov

Ermənistanın Azərbaycana ərazi iddiaları davam edir

General Manukyan: Azərbaycana qarşı vuruşmuş Səfilyan...

İlham Əliyev Albaniya prezidenti ilə görüşdü

Bu ermənilər də cinayət məsuliyyətinə cəlb edilməlidir

Ukrayna ordusu Moskvanı buna görə vura bildi - Arkov

Veldkamp da Azərbaycan sərhədinə gəldi - Foto

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla