Yuxarı

Ekspertlər həyəcan təbili çalır, AQTA-nın tükü belə tərpənmir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir müddətdir ki, jurnalistlər, sosioloqlar, qida mütəxəssisləri marketlərdəki qidaların, apteklərdəki dərmanların insan sağlamlığına zərərli olduğunu deyir. Əksər qidalarla bağlı (məsələn, kərə yağı, duru yağlar, broyler toyuqlar və s.) həyəcan təbili çalınır. Bir neçə dərmanın isə (məsələn, “Nimesil”) orqanizmi zədələdiyi haqda iddialar, hətta sübutlar olduğu bildirilir.

Bu cür ittiham və iddialardan sonra nə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), nə Səhiyyə Nazirliyinin, necə deyərlər, “tükü tərpənmir”. Ekspertlər efirdən, sosial şəbəkələrdən vəziyyətin son dərəcə ciddiliyini diqqətə çatdırır, rəsmi qurumlara çağırış edirlər. Maraqlısı da budur ki, bu problemi ictimailəşdirən şəxsləri həmin qurumların nümayəndələri yalançılıqda, populizmdə günahlandırırlar. Bəs çıxış yolu nədir?

Axar.az xəbər verir ki, sabiq maliyyə naziri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında AQTA-nın işini günün tələbinə uyğun aparmadığını bildirib:

O, ölkədə təhlükəli qida məhsullarının kifayət qədər çox olduğunu vurğulayıb:

“AQTA rəhbərliyinin və orada çalışan mütəxəssislərin nə deməsindən və bu məsələ ilə bağlı necə düşünməsindən asılı olmayaraq, gerçəklər bundan ibarətdir ki, bu agentlik öz vəzifəsini günün tələbləri səviyyəsində qura bilmir. Ölkənin bazar və mağazaları keyfiyyətsiz, insan orqanizminə ciddi təhlükə törədən məhsullarla doludur. Bunları görməzdən gəlmək yumşaq desək, məsuliyyətsizlikdir. Marketlərdə ərzaq məhsullarının keyfiyyəti barədə danışmaq lazım deyil, bu məhsullardan istənilənini götürüb, real yoxlanışa vermək yetərlidir ki, onun hansı keyfiyyətdə olduğunu üzə çıxsın. Bu, ilk növbədə müxtəlif növ yağ məhsullarına aiddir. Yağ insanın hər gün istehlak etdiyi qidadır. Biz bu gün bazarda sağlam yağ məhsulu tapa bilmirik. Bir qədər sağlam olan belə məhsulun qiyməti isə 1 kq üçün 30-50 manat arasındadır. Belə qiymət çox az vətəndaşın büdcəsinə uyğun gəlir. Ona görə qida təhlükəsizliyi dövlətin təhlükəsizliyi qədər ciddi dəyərləndirilməlidir”.

Sabiq nazir deyib ki, xəstə insan xəstə cəmiyyət deməkdir:

“Xəstə cəmiyyət isə dövlətin olum-ölüm məsələsidir. Gəlin, bunun fərqində olaq! AQTA-nın bu sahədəki fəaliyyəti ”5” ballıq qiymətləndirmə sistemi ilə “-2” qiymətə layiqdir. Bizə statistika lazım deyil. Gerçəklər bazarda və marketlərdə gördüklərimizdir!”

Tarix
2025.01.31 / 09:31
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla