Yuxarı

Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi - MN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Astana hərbi əməkdaşlığı müzakirə etdi - MN

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində Baş direktor Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovla görüşüb. Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın qədim tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.

Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha sonra Qazaxıstan Respublikası müdafiə nazirinin müavini general-mayor Şayx-Xasan Jazıkbayev ilə görüş keçirilib.

Hər iki tərəf bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini vurğulayıb, keçirilən birgə təlimlərin hərbi qulluqçularımızın peşəkarlığının artırılmasına və ordularımızın daha da güclənməsinə müsbət təsir etdiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.

Tarix
2025.02.03 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla