Yuxarı

Naxçıvanda müasir dəmiryol şəbəkəsi qurulur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda müasir dəmiryol şəbəkəsi qurulur

Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi üzrə işlərə start verilib.

Axar.az xəbər verir ki, artıq Türkiyə tərəfdə işlərə başlanılıb. Layihə 223,9 kilometr uzunluğunda yüksək standartlı dəmir yolu xəttini əhatə edir və 5 il müddətində başa çatdırılması nəzərdə tutulub.

Bu istiqamətdə Azərbaycan tərəfinin hansı işlər gördüyü sualına cavab olaraq "Azərbaycan Dəmir Yolları"ndan (ADY) Trend-ə bildirilib ki, Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma işləri başa çatdırılıb, layihəndirmə işləri davam etdirilir.

"Layihələndirmə mərhələsi başa çatdıqdan sonra tikinti işlərinə başlanılacaq, müasir tələblərə cavab verən dəmiryol şəbəkəsi qurulacaq.

Dəmiryol infrastrukturunun sağlamlaşdırılması və modernləşdirilməsində məqsəd həm sərnişinlərin, həm də yüklərin vaxtında və təhlükəsiz şəkildə mənzil başına çatdırılmasıdır.

Qars–Naxçıvan dəmir yolu layihəsi həyata keçirildikdən sonra bu xətt Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək və nəticə etibarilə Muxtar Respublikanın regional əhəmiyyətini artıracaq", - qurumdan məlumat verilib.

Qeyd edək ki, türk KİV-ləri layihə çərçivəsində 10 körpü və 144 yeraltı keçidin inşa olunacağını yazıb. Qeyd edilib ki, dəmir yolu xətti saatda 160 kilometr sürət üçün nəzərdə tutulur. Yeni dəmir yolu xəttinin Bakı-Tiflis-Qars dəmir yolu ilə inteqrasiyası da planlaşdırılır.

Tarix
2025.02.04 / 00:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Bu mövzuda yazılan xəbər ikiqat məsuliyyət tələb edir

Tranzit daşımaları üçün zəruri olan iki mühüm şərt...

Əli Əsədov Fələstinin baş naziri ilə görüşdü

Dənizçiləri müharibə zonalarından uzaq durmağa çağırırıq!

Paşinyan Zəngəzurda gəzir: Bəlkə, XDQ “təlimə” başlasın?

Prezident Peter Zakseni qəbul etdi

İlham Əliyev Fələstinin baş nazirini qəbul etdi

Tramp Əliyevin sözlərini “Truth Social”da paylaşdı

Ceyhun Bayramov Rusiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla