Yuxarı

Paşinyan 6 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan 6 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio…

Hakimiyyət diplomatiyanın nə olduğunu başa düşmür, bütün ümidlərini Baydenə bağladılar. Heç kim onunla (Nikol Paşinyanla – red.) görüşmədi. Baxın, biz Amerika ilə strateji tərəfdaşlıq müqaviləsi imzaladıq, amma onlar heç bizim liderimizlə görüşməyi lazım bilmirlər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Artur Xaçikyan ABŞ-da səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyanı Prezident Donald Tramp və Dövlət katibi Marko Rubio da daxil olmaqla, yüksək çinli rəsmilərdən heç kimin qəbul etmədiyi haqda danışarkən deyib.

O bildirib ki, ABŞ-ın Ermənistanda heç bir strateji marağı yoxdur, digər tərəfdən, belə səfərlər aylar öncədən hazırlanır və razılaşdırılır, Paşinyan isə “qəfil” səfərə gedib, görüşməyə can atır:

“Amma Rusiya ilə münasibətləri korlayan, Qərbi istəyən, demokratiya arzulayan Ermənistanın lideri Trampla 15 dəqiqəlik görüşə belə layiq deyildi”.

Xaçikyan bu münasibətin Ermənistanın, o cümlədən Ermənistanın ABŞ-dakı səfirinin seçki vaxtı açıq şəkildə Demokratlar Partiyasının namizədini – Kamala Harrisi dəstəkləməsinin nəticəsi ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, Ermənistan Baş naziri 1 fevralda ABŞ-a səfər edib. 7 fevralda səfəri başa çatsa da, o, yeni administrasiyadan heç kəslə hələ görüşə nail olmayıb.

Tarix
2025.02.07 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla