Yuxarı

Tıxaca qarşı ilk mükəmməl addım TƏBİB-dən gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

TƏBİB-in bu addımı alqışlanmalıdır, bu, digər qurumlar üçün də nümunəvi yol xəritəsi ola bilər. Bu modelin bir çox sahələrdə, o cümlədən hərbi birləşmələrdə, Daxili İşlər Nazirliyi, prokurorluq orqanları və digər qurumlarda tətbiqi mümkündür. Dünyanın bir çox ölkələrində bu təcrübədən geniş istifadə olunur.

Bu fikirləri Axar.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı TƏBİB-in həyata keçirdiyi “Evimə yaxın iş” layihəsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, layihə tibb işçilərinə yaşayış ünvanlarına daha yaxın tibb müəssisələrində işləmək imkanı yaradaraq, tıxac probleminin həllinə müsbət təsir göstərə bilər:

“Bu praktika xüsusilə ABŞ-da geniş yayılıb və bir zamanlar “Ya evi işə yaxın et, ya da işi evə” şüarı ilə məşhur olub. Bu prinsip əsasında əhəmiyyətli irəliləyişlər əldə edilib. Buna görə də TƏBİB-in təşəbbüsünü yüksək qiymətləndirir və onların tıxac probleminin həllinə vermək istədikləri töhfəyə görə təşəkkür edirəm. Digər qurumları da bu cür təşəbbüslərə qoşulmağa çağırıram. Xüsusilə təhsil sistemində bu yanaşmaya ciddi ehtiyac var. Bakı şəhərində ən böyük problemlərdən biri insanların şəhərin bir ucundan digər ucuna iş və ya təhsil üçün hər gün gedib-gəlməsidir. Son günlərin müşahidələri göstərir ki, tıxacın əsas səbəblərindən biri təhsil sistemidir. Son bir ayda universitetlər bağlı olduğundan, məktəblər də tətilə çıxdıqdan sonra küçələrdə sıxlığın azaldığını hiss etdik. Bunun səbəblərini təhlil etməliyik. İnsanlar daha keyfiyyətli təhsil üçün uzaq məsafələrə getməyə məcbur olurlar. Bu da şəhərdə nəqliyyatın yükünü artırır. Ona görə də bu məsələnin həlli üçün yollar tapmalıyıq. TƏBİB-in addımı nümunədir və digər qurumlar da bu istiqamətdə tədbirlər görməlidir”.

Millət vəkili Fazil Mustafa da saytımıza açıqlamasında bu təşəbbüsün vacibliyini qeyd edərək, bunun həm vaxt itkisinin qarşısını aldığını, həm də tıxac probleminin həllinə töhfə verdiyini vurğulayıb:

“Bu, olduqca vacib məsələdir və təkcə səhiyyədə deyil, təhsil sahəsində də tətbiq olunmalıdır. Bu mövzunu Milli Məclisdə də qaldırmışam. Müəllimlər bəzən üç marşrut dəyişərək işə gedirlər ki, bu da onlar üçün ciddi problem yaradır. Səhiyyədə də bu sistemin tətbiqi çox müsbət nəticələr verəcək. İnsanlar vaxt itkisini azaltmaq üçün belə yerdəyişmələrin həyata keçirilməsində maraqlıdırlar. Bu yanaşma vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə də töhfə verəcək. Əgər bu sistem tətbiq edilərsə, səhiyyədə böyük müsbət irəliləyişlərdən danışmaq mümkün olacaq”.

Tarix
2025.02.14 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla