Yuxarı

Nazirə qarşı öz qardaşı kampaniya aparır – Şok iddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər İbrahimov qardaşları və övladlarının əmlakları barədə mediada bir-birinin ardınca yayılan xəbərlərin əsl mahiyyəti üzə çıxdı.

"Axar.az"a verilən məlumata görə, Diaspor üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova qarşı yönələn həmin məqalələrin sifarişçisi nazirin böyük qardaşı Hacı İbrahim Nehrəmlidir.

Mənbənin bildirdiyinə görə, Komitə sədri ilə iş adamı kimi tanınan böyük qardaş, "Avesta" Konserninin prezidenti Hacı İbrahim arasında problemlər yaşanır. Bu səbəbdən də Hacı İbrahim media vasitəsilə qardaşına olan qəzəbini ortaya qoyub.

Bu işdə isə Hacı İbrahim özünə yaxın olan jurnalist Eynulla Fətullayevdən istifadə edib. Qeyd olunur ki, jurnalist həmişə Hacı İbrahimi özünə dayı sayıb. Ona görə də özünə dayı hesab etdiyi bir şəxsin qardaşını – "digər dayını" övladının var-dövləti ilə vurmaq heç də birmənalı qarşılanmır.

Mənbəmiz bildirir ki, Hacı İbrahim Nehrəmli özü də müsahibəsində E.Fətullayevə haqq qazandırmaqla, qardaşına vurulan zərbənin arxasında dayandığını heç də gizlətmək niyyətində deyil.

Xatırladaq ki, hacı İbrahim bu gün mediaya verdiyi açıqlamada demişdi ki, Eynulla jurnalistdir və onun nə isə yazmağında qəbahətli heç nə yoxdur:

"Mənim Eynullaya böyük hörmətim var, onun bir tərəfi naxçıvanlıdır. Mənim heç bir jurnalistlə, o cümlədən Eynulla ilə münasibətlərim pis deyil. Eynulla mənim yerlimdir. Eynulla da jurnalist olaraq nəsə yazmalıdır da".

Sözü gedən müsahibəsində Hacı İbrahim qardaşı ilə münasibətlərinə də toxunub. O, dolayısı ilə münasibətlərin pis olmasını təsdiq edib:

"Qardaşımdan mənə nə? Açığı deyimki, qardaşımın və onun oğlunun işlərindən xəbərim yoxdur. İndi özümün o qədər problemim var ki, onları həll edirəm".

Hacı İbrahim həmdə qardaşı oğlunun "heç yerdə işləmədiyini" deməklə, bütün nəzərləri bir daha qardaşının üstünə yönəltdiyi də bildirilir:

"Qardaşım oğlu heç yerdə işləmir. Hələ gedib pul qazansın, sonra təyyarə barədə düşünsün".

Məsələyə qarşı tərəfin mövqeyini öyrənmək üçün Diaspor üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova müraciət etdik. Komitə sədri qardaşı ilə bağlı məsələlər barədə danışmaqdan imtina etdi.

Tarix
2014.02.19 / 23:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arazdəyən-Horadiz dəmir yolu ilə bağlı anlaşma oldu

Kahl Həsənovdan sonra Papikyana zəng etdi

Paşinyan Ərdoğanın andiçmə mərasimində iştirak edəcək

Zelenskinin Əliyevə bu jesti gündəm oldu - Video

Putin Qərbin Qafqaza girməsinə imkan verməyəcək

Baxın kadrlara, görün Əliyev nələr edir - Video

Arutyunyan: Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm!

Ermənilər Qarabağda yenə silah daşıyır - Yeni video

Əliyevin Zelenskiylə görüşünün əhəmiyyəti...

Səfirimizin bu sözü Ermənistanda manşet oldu

KULT
<>
Xəbər xətti
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla