Yuxarı

Ruslar Xocalıda yerləşmişdi: Orda mina necə ola bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslar Xocalıda yerləşmişdi: Orda mina necə ola bilər?

Xocalıda mina partlayışı o deməkdir ki, erməni separatçılar Azərbaycan Ordusunun antiterror əməliyyatı zamanı təcili bölgəni tərk edərkən çıxdıqları ərazilərdə minalar basdırıblar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Xocalıda mina partlaması nəticəsində Qarabağ müharibəsi veteranı Nağı İmanovun yaralanması və ayağının amputasiya edilməsi barədə bildirib.

O qeyd edib ki, Xocalı işğal dövründə təmas xəttində yerləşməyib, həmin ərazidən özləri də istifadə etdiyindən minaları Azərbaycan Ordusu ilə ayırıcı ərazilərdə basdırmışdılar:

“Digər tərəfdən 9 noyabr 2020-ci il bəyanatına görə, rusiyalı sülhməramlılar Xocalıda yerləşmişdilər. Rus hərbçilərin orada olduğu müddətdə Xocalıda mina partlayışı qeydə alınmamışdı. Deməli, minalar rus hərbçilər bölgəni tərk etdikdən sonra Xocalı ətrafında basdırılıb.

Ümumiyyətlə, separatçılar İkinci Qarabağ müharibəsindən sonra da Qarabağın müxtəlif istiqamətlərində minalar yerləşdiriblər. Rusiyalı hərbçilər minaların Ermənistandan Qarabağa daşınmasında separatçılara yardım ediblər. Bunun nəticəsidir ki, 2020-ci il müharibəsinin sonundan bu yana qurbanlarımızın sayı 383 nəfərə çatıb. ANAMA-nın işi çoxdur”.

Tarix
2025.02.22 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla