Yuxarı

Tramp Zelenskini niyə elə qarşıladı, nə istəyir? – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Zelenskini niyə elə qarşıladı, nə istəyir? – İsti şərh

Tramp Zelenskiyə faktiki olaraq ya təslim olmaq, ya da ölkənin sərvətləri üzərində nəzarətin ABŞ-a verilməsini diktə etmək istəyir. Ağ Evdə kameralar önündə baş verən mübahisənin səbəbi budur.

Görüşdən öncə də yazmışdıq: Vaşinqton Kiyevdən yeraltı-yerüstü sərvətlərinin ən azı yarısını tələb edir, hərçənd, bu mediada yayılan məlumatlardır. Zelenski Vaşinqtona sazişi müzakirə etmək, həm də Rusiya ilə mübarizədə ABŞ-ın dəstəyini ala bilməsə belə, neytral mövqeyə yaxınlaşmasına nail olmaq üçün getmişdi. Vaşinqtondakılar isə görüşdən öncə “saziş hazırdır, heç bir danışıq aparılmayacaq, imzalanmalıdır” açıqlamasını verdi. Zelenki ya qəbul etməli, ya da Tramp Administrasiyasının mümkün dəstəyindən məhrum olmalı idi.

İstisna deyil ki, sazişdə Ukrayna üçün qəbuledilməz maddələr daha çox olub. Ağ Evdəki gərgin mübahisə də bu fikri ön plana çıxarır. Zelenski ikincini – dəstəkdən məhrum olsa belə, təslim olmamağı seçdi.

Tramp və Vensin kameralar önündə Zelenskiyə hücum üçün seçdikləri ştrixlər bu kontekstdə diqqət çəkir:

- Ukraynanın döyüşə bilməyəcəyində israr etməklə Kiyevin yalnız iki seçiminin – ya müharibədə məğlub olmaq, ya da diktə edilən sazişi imzalamaq - olduğunu göstərməyə çalışdılar;

- Zelenskinin Pensilvaniyaya səfərini xatırlatmaqla “bizə qarşı çıxsanız belə, hər şeyi unuda və dəstək verə bilərik” mesajını verdilər.

Diplomatik etiketdən kənar olan bu mübahisənin kameralar önündə olması Tramp Administrasiyasının məqsədyönlü planı idi:

1. Amerika ictimaiyyətində Trampın Ukraynada itirdiklərini qaytarmaq üçün hər şey etdiyi nümayiş etdirilir;

2. Zelenskiyə diktə etməklə nüfuzunu zədələmək cəhdi olunur;

3. ABŞ hakimiyyətinin Ukrayna hakimiyyətinə münasibəti ictimaiyyət önündə təqdim edilir: bu, həm Kiyevə dəstək verən Avropa ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə “Zelenskidən uzaq durun” mesajının verilməsi məqsədi daşıyır.

Baş verənlər ABŞ-Ukrayna münasibətlərində “burdan dönüşün” olmadığını göstərir, lakin Trampın U dönüşləri də nəzərə alınmalıdır. Ağ Evdə U dönüşü edilməsə, hadisələrin inkişaf perspektivini bir neçə istiqamətdə təxmin etmək olar.

Birincisi, Tramp administrasiyası Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiyanın mövqeyinin daha çox nəzərə alındığı razılaşmaları gündəmə gətirə bilər: bu danışıqlarda Zelenskinin legitimlik məsələsini gündəm mövzusuna çevirəcəklər;

İkincisi, Ukraynaya dəstək verən Avropa ölkələrinə bu dəstəyin azaldılması istiqamətində təzyiqlər edilə bilər;

Üçüncüsü, Zelenskinin legitim prezident olmadığı tezisindən çıxış edərək, onun dəyişdirilməsi istiqamətində addımlar atıla bilər.

Tarix
2025.03.01 / 00:37
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla