Yuxarı

Nazir etimad qazanmadı, Zərif istefa verdi – İranda böhran

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətiyə etimad göstərməyərək, onu nazir vəzifəsindən uzaqlaşdırması bu ölkədə böhranı dərinləşdirəcək.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birincisi, səsvermə zamanı 182 deputat nazirə etimadsızlıq göstərib, cəmi 89 onu dəstəkləyib. İran parlamentində mühafizəkarlar çoxluq təşkil edir. Deməli, prezidentin təyin etdiyi nazir mühafizəkarların səyi ilə vəzifəsindən uzaqlaşdırılıb. İkincisi, bu səsvermədən sonra Prezidentin strateji məsələləri üzrə müavini Məhəmməd Cavad Zərif istefa verdiyini açıqlayıb. Aydındır ki, Cavad Zərif parlamentdə iqtisadiyyat nazirinə etimad göstərilmədiyinə görə istefa verib. Bu, Zərifin ikinci istefasıdır. Məsud Pezeşkian prezident seçiləndən sonra keçmiş xarici işlər naziri Cavad Zərifi vitse-prezident təyin etmişdi. Cavad Zərif ötən ilin avqust ayında da istefa vermişdi. Zərif o zaman prezidentin nazirlərin seçimindən narazı qalmışdı. Pezeşkian parlamentin mühafizəkarların nəzarətində olduğunu diqqətə alaraq, onların təmsilçilərini də nazir postlarına irəli sürmüşdü. Bu, Zərifin narazılığına səbəb olmuşdu. Görünür, Zərif hesab edirdi ki, islahatçı prezident ölkənin inkişafını sürətləndirən nazirlərə üstünlük verməlidir.

Zərifin o zamankı istefası Pezeşkianın mövqeyini zəiflədə bilərdi. Ona görə də Pezeşkian Zərifi müavini vəzifəsinə razı sala bilmişdi. Ancaq Zərifin ikinci istefasından sonra onu geri qaytarmaq mümkün olmayacaq”, - o bildirib.

Tarix
2025.03.03 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

2020-nin iyununda Paşinyandan xahiş etdim ki... - Arutyunyan

Bayramov BMT rəsmisi ilə görüşdü

İlham Əliyevə məktub yazmaq istədim, qoymadı... - Arutyunyan

Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?

GUAM-a sədrlik Azərbaycandan bu ölkəyə keçdi

Bolqarıstanın XİN başçısı Bakıya gəlir

Ukraynada bütün oyunçuların gizlətdiyi mühüm detal

Ukraynadan 1900 nüvə başlığı belə alındı: indi ölkə dağıdılır

Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə apardı

Abdullayev Ağ Ev qalmaqalından nələr yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla