Yuxarı

Suriyada ələvilərə silah xarici ölkədən gətirilib – Atabəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada ələvilərə silah xarici ölkədən gətirilib – Atabəy

Suriyada qısamüddətli, ciddi toqquşmalar baş verdi. Çox sayda mülki və silahsız insan öldürüldü. Onlar hər nə qədər “Əsəd qalığı” olaraq xarakterizə olunsa da, nəticə etibarilə mövcud hakimiyyətə qarşı müxaliflərdir.

Bu sözləri Axar.az-a türkiyəli hərbi ekspert Ünal Atabəy Suriyada baş verən son hadisələri şərh edərkən deyib.

Onun sözlərinə görə, bölgənin xarici qüvvələrdən dəstək aldığı məlum olarsa, hadisələr daha kritik bir yön alacaq:

“Şara hakimiyyətinə qarşı güvənsizliyin artdığı bölgədə insanlar birlikdə yaşamağın çətin olduğunu bildirir və təşkilatlanmağa çalışırlar. Hadisələrin gedişatına nəzər saldıqda, bölgəyə yeni silahların gətirildiyi aydın olur. Bu isə ələvi/nüseyri icmasının xaricdən əhəmiyyətli silah, sursat və logistik dəstək aldığı ehtimallarını gücləndirir. Qarşıdakı günlərdə bu qarşıdurmaların daha da şiddətlənməsi bölgədəki silahlı qrupların xaricdən ciddi dəstək aldıqlarını göstərə bilər. Beynəlxalq ictimaiyyətin və regional güclərin hadisələrə necə reaksiya verəcəyi isə yaxın günlərdə aydın olacaq”.

Qeyd edək ki, Əsəd tərəfdarları ilə hökumət qüvvələri arasında toqquşmalar 6 martda başlayıb.

Tarix
2025.03.10 / 14:24
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla