Yuxarı

Tofiq Yaqubluya hökm oxundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmmədovun (Vaqifoğlu) cinayət işi üzrə məhkəmədə hökm oxunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi proses yekunlaşıb.

Hökmə əsasən, Tofiq Yaqublu 9 il, Elnur Nuriyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il , Elnur Nuriyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilir.

İstintaqın gedişatında Elnur Məmmədov (Vaqifoğlu) təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 178 (dələduzluq)və 320 (saxta sənəd hazırlama və ondan istifadə) maddələri ilə ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.03.10 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Aviasiya Akademiyasında “Boinq 777” uçuş simulyatoru quraşdırıldı

Qukasyandan Qarabağda erməni dili ilə bağlı etiraf

Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan

Putin Sahibə Qafarovanı ordenlə təltif etdi

Ukraynada bu sülhün tərəfdarıyıq - Qurtulmuş

NEQSOL Holding xüsusi tədbir keçirdi - Foto

Ceyhun Bayramov Qazaxıstana getdi

Ceyhun Bayramov Katrin Bombergerlə görüşdü

Fransanın təkrar-təkrar səsləndirdiyi bu iddiaları... - XİN

Silahlar Ermənistandan gəlirdi - Saakyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla