Yuxarı

Azərbaycanda qarölçmə işlərinə başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın yüksək dağlıq ərazilərində qarölçmə işlərinə başlanılıb.

Axar.az xəbər verir ki, Azərbaycan ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mütəxəssislərinin Milli Hidrometeorologiya Xidmətinin təşkil etdiyi qarölçmə işlərində iştirak etməsi məqsədilə mart ayının 7-dən etibarən ölkənin yüksək dağlıq ərazilərində qarölçmə işlərininin aparılması üçün ekspedisiyalar təşkil edilib.

Qarölçmə işləri 36 marşrut üzrə olmaqla Böyük Qafqazda 16, Kiçik Qafqazda 7, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərində 8, Naxçıvan MR-nın dağlıq ərazilərində isə 5 marşrut üzrə aparılacaq.

Qaqölçmə işləri Böyük Qafqazın (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar), Kiçik Qafqazın (Daşkəsən, Gədəbəy, Göygöl), Şərqi Zəngəzur və Qarabağ İtisadi rayununun (Kəlbəcər, Laçın, Şuşa, Xocavənd) və Naxçıvan MR-nın (Şahbuz, Ordubad) ərazisindən axan çayların hövzələrində həyata keçirilməklə, qar örtüyünün sıxlığı və sululuğu təyin olunacaq.

Tarix
2025.03.10 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Zori Balayanla bu tarixdə tanış olmuşam - Qukasyan

Arutyunyan qanunsuz silahlı birləşmələrin adını saydı

Şimali Makedoniya prezidenti Bakıya gəldi

Aviasiya Akademiyasında "Boinq" uçuş simulyatoru quraşdırıldı

Qukasyandan Qarabağda erməni dili ilə bağlı etiraf

Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan

Putin Sahibə Qafarovanı ordenlə təltif etdi

Ukraynada bu sülhün tərəfdarıyıq - Qurtulmuş

NEQSOL Holding xüsusi tədbir keçirdi - Foto

Ceyhun Bayramov Qazaxıstana getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla