Yuxarı

İran bacarmadı: Cənubi Qafqazda bu iki dövlət qalır - Safrastyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran bacarmadı: Cənubi Qafqazda bu iki dövlət qalır - Safrastyan

İndi yaradılan yeni dünya nizamı təbiətcə çoxqütblü və iyerarxik olacaq. İndi baş verənlər reallığı ifadə edən hadisədir.

Axar.az xəbər verir ki, bu sözləri türkoloq Ruben Safrastyan erməni mediasına geniş müsahibəsində deyib.

Onun sözlərinə görə, dünyadakı nüvə silahlarının 90%-i ABŞ və Rusiyanın əlindədir və yeni dünya nizamında bu iki dövlət iyerarxiyanın zirvəsində dayanacaq:

“ABŞ və Rusiya bir-birini məhv etməkdənsə, əməkdaşlığın daha yaxşı olduğunu düşünür. Hərbi baxımdan Rusiya və ABŞ-dan geridə olsa da, iqtisadi cəhətdən güclü ölkə olan Çin faktorunu da unutmaq olmaz. Bu üçü dünyanı böləcək”.

Safrastyanın fikrincə, yeni dünya düzənində Cənubi Qafqaz Rusiyanın ümumi təsir dairəsində qalacaq:

“Cənubi Qafqazda Türkiyə faktorunun güclənməsi reallıqdır və düşünürəm ki, ABŞ da bununla razılaşacaq. Türkiyə Yaxın Şərqdə böyük bir oyuna başladı və Türkiyə o oyundan daha çox faydalanmağa çalışır, resurslarının böyük hissəsini də Yaxın Şərqə yönəldib. Buna görə də Ankara status-kvonu saxlayacaq və Cənubi Qafqazda çox fəallıq göstərməyəcək. Təbii ki, Türkiyənin son məqsədi Cənubi Qafqazı Türkiyənin təsir dairəsinə çevirməkdir, lakin indi bu, baş verməyəcək. İrana gəlincə, hazırda ciddi daxili problemləri olduğu üçün Cənubi Qafqazda aktiv olmayacaq”.

Tarix
2025.03.11 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla