Yuxarı

Yüzminlərlə azərbaycanlı ayağa qalxdı: Təbriz də başlasa…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yüzminlərlə azərbaycanlı ayağa qalxdı: Təbriz də başlasa…

Güney Azərbaycanın müxtəlif şəhərlərində rejimin siyasətinə qarşı zaman-zaman etirazlar baş verir, insanlar küçələrə axışır, şüarlar səsləndirirlər. Zaman keçir, bu şəhərlərdə nisbi sakitlik bərqərar olur və rejimə elə gəlir ki, növbəti təhlükə də sovuşur. Əslində rejim üçün təhlükə sovuşmayıb, çünki Tehran və Qum baş verənlərdən nəticə çıxarmırlar, əksinə repressiyaları gücləndirməyə çalışır, həbslərin sayını artırırlar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Urmiyada baş verən son genişmiqyaslı aksiya haqda qeyd edib.

O bildirib ki, İranı idarə edənlər Urmiyada baş verənlərə səssizdirlər, halbuki Güney Azərbaycanın bu şəhərində baş verənlərin Təbrizə, Ərdəbilə və digər şəhərlərə də sıçraması ehtimalı var:

“Yəqin düşünürlər ki, Urmiya sakinləri bir neçə gün şüarlar səsləndirib evlərinə çəkiləcək və gündəlik sosial problemlərinin həlli ilə məşğul olacaqlar. Ancaq hesablarının yanlış çıxacağını ehtimal etmirlər. İndi 1979-cu il deyil ki, İrandakı xalqları hansısa ortaq düşmənə qarşı mobilizə etmək mümkün olsun. ABŞ və İsraillə artan gərginlik İraqla 8 illik müharibədən fərqlənəcək”.

Qeyd edək ki, kürdlərin torpaq iddialarına cavab olaraq Urmiyada yüzminlərlə azərbaycanlı irimiqyaslı aksiya keçirib.

Tarix
2025.03.24 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla