Yuxarı

İranın bombalanması ehtimalı: Bakı qarşısını almağa çalışır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampa İsrail dövlətinin və diasporunun güclü təsiri var. Həm İsrail, həm də ABŞ İran rəsmilərinin açıqlamalarına istinad edərək, İranın nüvə dövlətinə çevrilməsini İsrailin mövcudluğuna ciddi təhlükə hesab edirlər. Ona görə də bunun qarşısının alınması üçün ABŞ İranla ikitərəfli danışıqlar tələb edir. İran isə çoxtərəfli danışıqlara hazır olduğunu bildirsə də, ikitərfli danışıqlara razılaşmır.

Axar.az xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Tramp beynəlxalq birlik tərəfindən ABŞ-ın Ukraynada görsənən gücsüzlüyünü ört-basdır etmək üçün İranı bombalaya bilər:

“İnanıram ki, bunun qarşısını almaq üçün Azərbaycan və Türkiyə İranın bizə münasibətindən asılı olmayaraq, nələrsə etməyə çalışır. İranın bombalanması böyük maddi və insani təlafata, proqnozlaşdırılması çətin olan faciəvi hadisələrə yol aça bilər. Ona görə soydaşlarımızın da yaşadığı qonşu ölkədə baş verənlərə görə Azərbaycan vətəndaşlarının narahat olması başadüşüləndir. İranın dini lideri müdriklik nümayiş etdirib Prezident Pezeşkianı müdafiə etməli, ABŞ ilə ikitərəfli danışıqlardan çəkinməməli, müharibədən yayınmalıdır. İran özünü haqlı sayırsa, danışıqların hansı formatda keçirilməsinin əhəmiyyəti yoxdur, danışıqlar beynəlxalq birlik üçün açıq həyata keçirilməlidir ki, ABŞ xalqı da kimin haqlı olduğunu görsün. ABŞ 1994-cü ildə Ukraynanın nüvə silahından imtinası qarşılığında onun təhlükəsizliyinə dair çoxtərəfli Budapeşt memorandumunu imzalamışdı, daha doğrusu, Ukraynanı buna məcbur etmişdi. Nə oldu? Öhdəliyini yerinə yetirməyəcəksə, sazişin neçə tərəfli olmasının heç bir dəyəri yoxdur. İndiki halda isə nəticəsi bəlli olan döyüşə girmək qəhrəmanlıq sayılmaz”.

Partiya sədrinin sözlərinə görə, ABŞ hərbi müdaxilə ilə İranda hakimiyyəti dəyişib ərəb ölkələrindəki kimi özünə yaxın bir rejim yaratmağı düşünə bilər:

“Tarix sübut etdi ki, qanlı və ya rəngli inqilablar yolu ilə baş verən rejim dəyişiklikləri xalqların ümidlərini bir qayda olaraq nəinki doğrultmur, hətta böyük xəyal qırıqlığına uğradır, xalqın özünə inamını sarsıdır. Cəmiyyətin inkişafı, təkamül yolu demoktratik seçkilərə və bu yolla rejim dəyişikliyinə gətirib çıxarmalıdır. ABŞ İraqı, Əfqanıstanı işğal edib trilyonlarla dollar vəsait xərcləsə də, onillər ərzində həmin ölkələrdə demokratik, hüquqi dövlət qura bilmədi. Proseslərin necə inkişaf edəcəyini indidən söyləmək çətindir. Ümid edək ki, İran dövləti daxili və xarici siyasətində dəyişikliklərə və beləliklə də orda yaşayan xalqların inkişafına və rifahına yol açacaq ciddi islahatlara gedəcək, müharibədən və inqilablardan yayınmaq mümkün olacaq”.

Tarix
2025.04.01 / 11:38
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalının Şah İsmayılla bağlı sözlərə son qoyan çıxışı - Video

Bakıda İƏT-ə üzv ölkələrin toplantısı keçiriləcək

Bakıda Türkiyə və Suriya rəsmiləri ilə görüşən İsrail generalı...

Putinlə Trampın telefon danışığı 2 saatdan çox davam etdi

İşxanyanın döyüşlərdə iştirakı ilə bağlı video yayıldı

Sahibə Qafarova İspaniya Senatının sədri ilə görüşdü

Devos heç zaman deməyib ki, Azadı agent kimi... - Rayan

Zakir Həsənov İsrailin müdafiə naziri ilə görüşdü

Azərbaycan və Oman arasında məsləhətləşmələr keçirildi

Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla