Yuxarı

Koreyada yaşayan azərbaycanlılara xəbərdarlıq edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koreyada yaşayan azərbaycanlılara xəbərdarlıq edildi

Koreya Respublikasında müşahidə edilən daxili siyasi vəziyyətlə əlaqədar olaraq, bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq olunub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyadakı Azərbaycan səfirliyi Seul şəhər meriyasına istinadən məlumat yayıb.

“Koreya Respublikasında daxili siyasi vəziyyətlə əlaqədar olaraq, Seul şəhərində 3, 4 və 5 aprel tarixlərində kütləvi tədbirlərin keçirilməsi və bununla əlaqədar müəyyən ərazilərdə böyük tıxaclar və izdihamların olacağı gözlənilir. Qeyd edilənləri nəzərə alaraq, hazırda Koreyada olan Azərbaycan vətəndaşlarına həmin günlərdə ehtiyatlı olmaq və kütləvi tədbirlərin keçirildiyi ərazilərdən uzaq durmaq tövsiyə olunur”, - məlumatda bildirilib.

Xatırladaq ki, Cənubi Koreya Konstitusiya Məhkəməsi aprelin 4-də Prezident Yun Sok Yolun impiçmentinə dair iş üzrə yekun qərar çıxaracaq.

Məsələ ilə bağlı 3-5 aprel tarixlərində Koreyada kütləvi etiraz aksiyalarının keçiriləcəyi gözlənilir.

Tarix
2025.04.02 / 16:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla