Yuxarı

Ştaynmayerin gəldiyi gün sərhəddə təxribat... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ştaynmayerin gəldiyi gün sərhəddə təxribat... - Deputat

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə rəsmi səfər etdiyi bir gündə Ermənistanın şərti sərhəddə hərbi təxribat etməsi məqsədlidir. Bununla da, erməni tərəfi sülhə maraqlı olmadığını nümayiş etdirir.

Axar.az xəbər verir ki, bu fikirləri Millli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Ermənistanın sülh prosesinə münasibəti adekvat deyil:

"Nəzərə alaq ki, Almaniya Prezidenti Azərbaycandan əvvəl Ermənistanda səfərdə olub. İrəvanda da sülhə dair bəyanatlar verildi. Ermənistanın baş naziri də sülhə maraqlı olduğunu səsləndirmişdi. Amma bu bəyanatdan bir gün sonra, həm də Almaniya Prezidentinin Azərbaycanda səfərdə olduğu zaman erməni hərbi birləşmələri tərəfindən ordumuzun mövqelərinin atəşə tutulması ənənəvi erməni xislətindən xəbər verir. Sülh sazişi üzrə mətnin tam razılaşdırıldığı halda erməni tərəfinin belə bir addımı qəbulolunmazdır. Sülh istəyən tərəf hərbi təxribat etməməlidir. Erməni tərəfi mütəmadi olaraq təxribatlar törətməklə bölgədə gərginlik yaratmağa çalışır".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan regionun gələcəyi naminə Ermənistanla sülh sazişi imzalamağın tərəfdarıdır.

Samir Vəliyev hesab edir ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Onun sözlərinə görə, belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq:

“Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir. Amma Fransa, dünyadakı erməni lobbisi prosesi pozmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Rəsmi İrəvan kənar qüvvələrin vədlərinə aldanmamalıdır. Nəzərə almalıdırlar ki, baş verə biləcək təxribatların bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Əgər Ermənistan təxribatlarından əl çəkməsə, dəmir yumruq daha sərt və ağır olacaq. Buna görə də, Paşinyan hakimiyyəti əvvəlki təcrübələrdən nəticə çıxarmalıdır. Azərbaycan öz təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Şərti dövlət sərhədində Ermənistanın hərbi təxribatlarının qarşısının necə alınması təcrübəsinə şahidlik etmişik. Bu mənada, yenə təxribatlar olarsa, erməni tərəfi bundan sonra da layiqli cavablarını alacaq. O cümlədən, bu hərbi təxribatlar göstərir ki, Almaniya tərəfi də Ermənistanın sülh nağıllarına inanmamalıdır”.

Tarix
2025.04.03 / 17:32
Müəllif
Axar.az
Digər xəbərlər

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı - Foto

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

Prezident Danimarka səfərindən video paylaşdı

Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...

Tokayev Azərbaycana gəlir

Türkiyə Naxçıvan sazişi ilə bağlı bəyanat yaydı

Bu, azərbaycanlılara qarşı ədalətsizlikdir – BMT rəsmisi

Ərsin Tatar Azərbaycana gəlir

Prezidentdən Danimarka səfəri ilə bağlı paylaşım - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla