İlham Əliyev "Bakıelektrikşəbəkə" Açıq Səhmdar
Cəmiyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılması və
onun fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikası
Prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər
haqqında" 2014-cü il 3 mart tarixli 119 nömrəli Fərmanında və bəzi
sərəncamlarında dəyişikliklər edilməsi barədə fərman
imzalayıb.
Axar.az xəbər verir ki, fərmanda deyilir: Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun
fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:
1. "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 mart tarixli 119
nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, № 3, maddə 240, № 9, maddə 1027) 3-cü hissəsində
"Bakıelektrikşəbəkə" sözü "Azərişıq" sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr
tarixli 895 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1998, № 9, maddə 582; 2010, № 2, maddə 80)
ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin
problemlərinin həlli üzrə Dövlət Proqramı"nın II hissəsinin 8-ci,
13-cü və 19-cu bəndlərinin "İcra orqanları" sütununda "Azərenerji"
Səhmdar Cəmiyyəti" sözləri "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti"
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral
tarixli 125 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009, № 2, maddə 85, № 11, maddə 886; 2010,
№ 7, maddə 610; 2011, № 2, maddə 85; 2014, № 2, maddə 112, № 5,
maddə 477) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nın
2.3.1-ci yarımbəndinin "İcraçı qurumlar" sütununda "Azərenerji"
sözü "Azərişıq" sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart
tarixli 1408 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, № 3, maddə 226; 2014, № 9, maddə
1112) ilə təsdiq edilmiş Əlavə № 2 - "Bakı Metropoliteninin
2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın 5-ci
hissəsinin - "Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına
dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı"nın
4.1-ci bəndinin "İcraçı" sütununda "Bakıelektrikşəbəkə" sözü
"Azərişıq" sözü ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar
tarixli 232 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, № 1, maddə 45, № 7, maddə 870, № 9,
maddə 1027) ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın 2.1.2-ci,
2.2.2-ci, 2.3.2-ci, 2.4.2-ci, 2.5.2-ci, 2.6.2-ci, 2.7.2-ci,
2.8.2-ci, 2.9.2-ci, 2.10.2-ci, 2.11.2-ci, 2.12.2-ci və 2.12.5-ci
yarımbəndlərinin "İcraçılar" sütununda "Bakıelektrikşəbəkə" sözü
"Azərişıq" sözü ilə əvəz edilsin.
***
İlham Əliyev "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin
yaradılması və idarəetməyə verilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 14 iyun tarixli 441 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam
imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
"Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin "Azərişıq" Açıq
Səhmdar Cəmiyyəti adlandırılması və onun fəaliyyətinin təşkili ilə
əlaqədar qərara alıram:
"Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin yaradılması və
idarəetməyə verilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 14 iyun tarixli 441 nömrəli Sərəncamına
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6,
maddə 447; 2001, № 3, maddə 207) əlavə edilmiş "Bakıelektrikşəbəkə"
açıq tipli səhmdar cəmiyyətinin tərkibinə daxil edilən müəssisə və
obyektlərin Siyahısı" ləğv edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 28 iyun tarixli 1578 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın
həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci illər)"nda
dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin
"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılması və onun
fəaliyyətinin təşkili ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli
1578 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, № 6, maddə 554; 2012, № 6, maddə 571; 2013, № 11,
maddə 1452; 2014, № 2, maddə 112, № 5, maddə 477; 2015, № 4, maddə
437) ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət
Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı (2011-2015-ci
illər)"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.5.8-ci və 2.3.3.1-ci yarımbəndlərin "İcraçı orqanlar"
sütunundan "Azərenerji" ASC" sözləri çıxarılsın və həmin sütunda
"Bakıelektrikşəbəkə" sözü "Azərişıq" sözü ilə əvəz edilsin.
2. 2.3.3.3-cü yarımbənddə "Azərenerji" sözü "Azərişıq" sözü ilə
əvəz edilsin.
Xatırladaq ki, Bakıelektrikşəbəkə
ASC-nin Azərişıq ASC adlandırılması barədə sərəncam 2015-ci il
fevralın 10-da verilib.