Yuxarı

Kabardin-Balkarda 17 alpinistin meyiti tapıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kabardin-Balkarda 17 alpinistin meyiti tapıldı

Kabardin-Balkar Respublikasının Bezengi dərəsində qar uçqunu düşən ərazidə axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Axar.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Elbrus yüksək dağlıq axtarış-xilasetmə dəstəsindən bildirilib.

"Mürəkkəb axtarış-xilasetmə işlərinin yeddinci günündə Mijirgi buzlağında qar uçqunu altından bütün 17 nəfərin meyiti tapılaraq çıxarılıb. Meyitlər Nalçik şəhərinə çatdırılıb", - məlumatda deyilir.

Qeyd olunub ki, axtarış işlərinə müxtəlif regional qruplardan 71 xilasedici, həmçinin "Bezengi" alpinist düşərgəsinin təlimatçıları, könüllülər, həkimlər, yanğınsöndürənlər, aviasiya və "Rosqvardiya" cəlb edilib.

Xatırladaq ki, sentyabrın 6-da Kabardin-Balkarın Bezengi dərəsində Mijirgi dağından marşrut üzrə hərəkət edən 33 alpinistdən ibarət qrupun üzərinə uçqun düşüb. Onlardan altısı xəsarət alıb və xəstəxanaya yerləşdirilib, daha 10 nəfər isə müstəqil şəkildə aşağı enib. Qalanları həlak olub.

Hadisə ilə əlaqədar Rusiya İstintaq Komitəsinin istintaq orqanları tərəfindən səhlənkarlıqla bağlı cinayət işi araşdırılır.

Tarix
2026.09.13 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla