Yuxarı

Şərif husilərin Səudiyyəyə hücumunu pislədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şərif husilərin Səudiyyəyə hücumunu pislədi

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz əs-Səud ilə telefon danışığı aparıb.

Axar.az Report-a istinadən xəbər verir ki, səmimi və dostluq şəraitində keçən söhbət zamanı Baş nazir Pakistanın husilərin Səudiyyə Ərəbistanının mülki və iqtisadi infrastrukturuna son hücumlarını qətiyyətlə pislədiyini bir daha bildirib. Şahbaz Şərif husilərin əməllərinin regional sülh və təhlükəsizliyə təhdid yaratdığını, həmçinin qlobal iqtisadiyyatı və enerji təchizatını daha da sabitsizləşdirə biləcəyini deyib.

Baş nazir feldmarşal Seyid Asim Munir və Baş nazirin müavini Məhəmməd İshaq Darla birlikdə gərginliyin azaldılması və regionda sülhün bərqərar olması istiqamətində səylərini davam etdirəcəyini bildirib.

Bu baxımdan Şahbaz Şərif böhran boyunca Səudiyyə vəliəhdinin müdrik və uzaqgörən rəhbərliyini yüksək qiymətləndirib. Baş nazir həmçinin İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz əs-Səuda səmimi arzularını və ehtiramlarını çatdırıb.

Öz növbəsində Məhəmməd bin Salman Pakistanın Səudiyyə Ərəbistanına dəyişməz dəstəyinə, eləcə də regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylərinə görə minnətdarlığını bildirib.

İki ölkənin liderləri bundan sonra da sıx əlaqələri davam etdirmək barədə razılığa gəlib və yaxın vaxtlarda görüşəcəklərinə ümidvar olduqlarını bildiriblər.

Tarix
2026.09.13 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla