Yuxarı

Malena Mard İlham Əliyevin fərmanını şərh etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və Asan viza sisteminin yaradılması" haqqında Fərmanını alqışlayırıq.

Azərtac xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Malena Mard bildirib ki, bu Fərman çox böyük əhəmiyyətə malikdir. Fərman Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axınının çoxalmasına şərait yaradacaq. Bildiyiniz kimi, bu yaxınlarda Avropa İttifaqı ilə Azərbaycan arasında biznes forum keçirildi. Forumda müzakirə olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. Asan viza bu işə öz töhfəsini verəcək və uğurlu olacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünün baş tutmasının və növbəti görüşün keçirilməsi ilə bağlı razılığın əldə edilməsinin çox müsbət göstərici olduğunu deyən diplomat vurğulayıb ki, Avropa İttifaqı bu cür görüşlərin keçirilməsini alqışlayır.

"Biz çox şadıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində bu cür addımlar atılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri də prezidentlərin növbəti görüşünün keçirilməsi üçün fəal iş aparırlar".

Tarix
2016.06.02 / 11:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla