Yuxarı

Bakı ciddi oyunçudur, İrana zərbənin qarşısını ala bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı politoloq Yevgeni Mixaylovun Axar.az-a müsahibəsi:

- ABŞ Prezidenti Donald Tramp dünən Ağ Evdə İsrail Baş naziri Netanyahu ilə görüşdə bəyan edib ki, Tehran və Vaşinqton birbaşa danışıqlara başlayıb. O, həmçinin qeyd edib ki, ABŞ və İran arasında nüvə proqramı üzrə dialoq uğursuz olarsa, Tehran böyük təhlükə ilə üzləşəcək. Sizcə, Ağ Ev rəhbərinin belə bəyanatlar verməsi Tramp və Netanyahunun gizli razılığa gəlməsinə işarədir?

- Bütün variantlar nəzərə alınmalıdır. Mümkündür ki, Tramp və Netanyahu nəsə baş verərsə, İrana birgə zərbə endirmək və buna müxtəlif tərəfdən başlayacaqları barədə razılığa gəlib. İsrail və ya ABŞ-ın İranı öz tələblərinə güc yolu ilə razılaşdıracağına inanmağın mənası yoxdur. İran sərt danışılacaq ölkə deyil. Yalnız bərabər şərtlər və danışıqlar üçün üçüncü tərəflərin iştirakı ilə İranla hansısa formada danışıqlar apara bilinər. İran ciddi oyunçudur. Düşünürəm ki, İran ABŞ-ın tələblərini yerinə yetirməsə, Tramp və Netanyahunun bəzi gizli planları ola bilər.

- İranın Rusiya ilə yaxın münasibətlərini və Rusiya ilə ABŞ-ın konstruktiv dialoqa yaxınlaşmağa başladığını nəzərə alsaq, Tehranla Vaşinqton arasında münaqişənin kəskinləşməsi Rusiya-Amerika münasibətlərinə hansısa formada təsir edə bilərmi?

- Rusiya maraqların yaxınlaşması və ABŞ-İran arasında dialoqun qurulması üçün hər cür səy göstərəcək. Bizim İranla müttəfiqlik müqavilələrimiz var və təbii ki, Rusiya-Amerika münasibətləri faktoru da ortadadır - əgər yaxşılaşarsa. Rusiya İrana yaxındır. Biz müəyyən geosiyasi və iqtisadi layihələri birgə həyata keçiririk. ABŞ nəzərə almalıdır ki, Rusiya ilə İran arasında dostluq münasibətləri mövcuddur. Ona görə də Rusiyanı nəzərə almadan İrana qarşı yüksək səslə bəyanatlar vermək həm İsrail, həm də ABŞ üçün böyük səhvdir. İsrail və ABŞ-ın müəyyən qərar qəbul edib İranla münaqişəyə başlamasına çətin ki, Moskva seyrçi qalsın.

- Vəziyyət gərginləşsə və müharibə başlasa, bu, Cənubi Qafqaza, o cümlədən Azərbaycana necə təsir edəcək?

- Vəziyyət müharibəyə çatmayacaq. Amma hərbi əməliyyatlar başlasa, Bakı ilə Tehran arasında münasibətlərin istiləşməsi bir kənarda qalacaq. Burada əsas odur ki, Bakı İsraili dəstəkləməsin, çünki İsrail bir çox sahələrdə Bakının müttəfiqidir. Münaqişə başlayarsa, Bakı münaqişədən uzaqlaşmalıdır. Amma hesab edirəm ki, belə bir vəziyyətin baş verməsi ehtimalı azdır, çünki bu, artıq qlobal müharibə olardı. Tehranla münasibətlərin istiləşməsi fonunda Bakı siyasi münaqişənin hərbi münaqişəyə çevrilməməsi üçün öz tərəfindən səy göstərir. Azərbaycan artıq bloklara qoşulmayan ölkələrin hərəkatındadır və Bakının kifayət qədər təsiri var. Azərbaycan beynəlxalq arenada ciddi oyunçudur. Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında maraqlıdır və vəziyyəti sabitləşdirmək, münaqişənin qarşısını almaq üçün Rusiya ilə birgə səylər göstərə bilər. Burada Türkiyənin maraqları da nəzərə alınmalıdır. Türkiyə İranın bir ölkə kimi mövcudluğunu dayandırmasında maraqlı deyil, çünki o zaman İsrailin Yaxın Şərqdə əks çəkisi olmayacaq və Təl-Əviv Türkiyənin milli maraqlarını çox sərt şəkildə boğa bilər. Ankara və Bakı strateji tərəfdaşdır. Ona görə də vəziyyət çox ağırdır və onu sırf diplomatik yollarla həll etmək lazımdır. ABŞ və İsrailin "qılınc oynatmaları" yaxşı heç nəyə gətirib çıxarmayacaq. Burada biz regionda milli maraqlarımızı daha möhkəm müdafiə etməliyik.

Tarix
2025.04.09 / 08:00
Müəllif
Ruslan, Zeynəb
Digər xəbərlər

Netanyahu Azərbaycana gəlməməsinin səbəbini açıqladı

Putinə qarşı “Pautina”: Kreml və təbliğatçılar şokdadır...

Fransa Azərbaycan sərhədində kəşfiyyata başladı

Qətər əmiri Prezident Əliyevi təbrik etdi

907-ci düzəliş ləğv edilməlidir - Səfir

Bayramov Keniya prezidenti ilə görüşdü

Bakıda Türkiyə və İsrail arasında üçdən çox görüş olub...

Bayramov BMT-nin Nayrobi ofisinin direktoru ilə görüşdü

Pezeşkian Azərbaycana təyin olunan səfirlə görüşdü

Əliyevlə Tokayev bir-birini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla