Yuxarı

Cəbhədə raket mərmiləri tapıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunda raket və mərmilər aşkar olunub.

Bu barədə Axar.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 34 000 kv.m ərazi yoxlanılıb.

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 5 partlayış yerinə baxış keçirilib və 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarilə 7500 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonu

Qaradağlı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz şəhəri - 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 125 mm-lik tank mərmisi, 2 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd PQ-9 raketi) aşkar edilib, nəticə etibarı ilə 2277 kv.m ərazi yoxlanılıb.

2 iyun tarixində 6 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 15 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd "Qrad" raketinin mühərrik hissəsi, 1 ədəd 125 mm-lik tank mərmisi, 2 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd PQ-9 raketi) aşkar olunaraq götürülüb və gün ərzində 44 277 kv.m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 2 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 561 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1488 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Tarix
2016.06.02 / 18:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla