Yuxarı

Gümanımda yanılmışam - Bahar Muradova

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, Almaniyada yenə siyasi konyunkturanın arxasınca getdilər və Almaniya Bundestaqı qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə layihəsini qəbul etdi.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova Almaniya Bundestaqının bu gün qondarma erməni soyqırımının tanınmasını nəzərdə tutan qətnamə layihəsinin qəbul etməsinə münasibət bildirərkən deyib.

Hadisəyə birmənalı olaraq, yalnız mənfi yanaşdığını deyən B.Muradova buna təəssüfləndiyini də söyləyib: "Düşünmək olardı ki, Almaniya tərəfi bu məsələni tarixçilərin ixtiyarına buraxacaq. Amma bu gün dünyanı narahat edən məsələlərlə məşğul olmaq əlbəttə ki, həm Almaniyanın, həm də digər ölkələrin siyasətçilərinin işidir. Çünki Almaniya dünyada gedən proseslərə təsir göstərmək imkanında olan ölkələrdən biridir. Almaniyada bu qanun layihəsinin müzakirəyə çıxarılması ilə məlumatlar yayılanda mən çox arzulamışdım və inam ifadə etmişdim ki, Almaniyada bu məsələrə - tarixi hadisələrə bu günün konyekturasından yanaşmayacaq insanlar tapılacaq. Amma görünür ki, mən gümanımda yanılmışam. Hesab edirəm ki, bu, doğru yanaşma deyil".

Tarix
2016.06.02 / 18:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla