Yuxarı

Nazir yəhudilərlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir yəhudilərlə görüşdü

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avropa Yəhudi Mədəniyyəti və İrsinin Qorunması və Təbliğatı Assosiasiyasının baş katibi Assumpcio Hosta və koordinatoru Michael Mail ilə görüşüb.

Bu barədə Axar.az-a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Avropa Şurasının Mədəni Marşrut Layihələrindən biri olan "Yəhudi İrsi üzrə Avropa marşrutu" beynəlxalq mədəni turizm layihəsinə üzvlüyü və Azərbaycanda Yəhudi Mədəniyyət günlərinin keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Nazirlikdə ölkəmizdə mövcud olan Yəhudi İrsi üzrə müvafiq proqram hazırlanıb.

Proqrama paytaxt Bakı ilə yanaşı, Quba, Qırmızı Qəsəbə, Lahıc, Qəbələ, Oğuz kimi regionların turizm potensialı barədə məlumat, həmçinin, orada fəaliyyət göstərən yerli sinaqoqlarla tanışlıq da əlavə olunub.

Görüş zamanı nazir Əbülfəs Qarayev layihənin əhəmiyyətini yüksək vurğulayıb və Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Assosiasiyanın nümayəndələrini iştirak etməyə dəvət edib. Həmçinin nümayəndə heyətinə, Forum zamanı layihənin təqdimatının keçirilməsi təklif edilib.

Assosiasiyasının baş katibi Assumpcio Hosta Azərbaycana səfərindən yüksək məmnunluğunu ifadə etmiş və layihənin əhəmiyyətindən danışarkən bildirmişdir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun ən yaxşı nümunəsidir.

Assosiasiyanın koordinatoru Michael Mail Bakıda olduqları müddətdə Avropa və gürcü yəhudiləri dini icması, həmçinin, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev ilə, Qırmızı Qəsəbədəki "Giləki" və "Altı Gümbəz" sinaqoqlarındakı yerli dini icmalarla və Oğuz rayonundakı "Aşağı məhəllə" və "Yuxarı məhəllə" sinaqoqları ilə tanış olduqları haqqında məlumat verib.

Qeyd edək ki, Avropa Yəhudi Mədəniyyəti və Irsinin Qorunması və Təbliğatı Assosiasiyasının (AEPJ) təşkilatçılığı ilə həyata keçirilən bu layihəyə hazırki dövrədək Portuqaliya, İspaniya, İtaliya və Fransa kimi ölkələr qoşulmuş, həmçinin, 22-yə yaxın Avropa ölkəsi tərəfdaş qismində çıxış edir. Azərbaycan Qafqazda bu layihəyə qoşulan ilk ölkədir.

Tarix
2016.06.02 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

İlham Əliyevdən bu şəxslərlə bağlı mühüm - Qərar

Qazaxıstan taxılı Azərbaycan üzərindən Ermənistana daşınır

Şoyqu Cənubi Qafqazdan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla