Yuxarı

Baş Prokurorluğun nümayəndəsi Strasburqda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş Prokurorluğun nümayəndəsi Strasburqda

Strasburqda Avropa Şurasının Kibercinayətkarlıq üzrə Konvensiya Komitəsinin (TC-Y) 15-ci plenar iclası keçirilib.

Axar.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda Avropa Şurasına üzv ölkələrin, "Kibercinayətkarlıq haqqında" Budapeşt Konvensiyasına tərəfdar çıxmış 70-dən artıq dövlətin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə komitənin icraçı katibi Aleksandr Seger və müavini Kristina Şulman məruzə ilə çıxış edərək beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsilə cəmiyyəti kibercinayətkarlıqdan qorumağa yönəlmiş cinayət hüququ sahəsində ümumi siyasətin prioritet qaydada aparılmasının zəruriliyi barədə ətraflı məlumat veriblər. Bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb, informasiyaların qorunması və mübadiləsi, hüquqi yardım haqqında istintaq sorğularının icrası, ekstradisiya məsələləri və s. müzakirə edilib.

Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunu təmsil edən Beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanov kibercinayətkarlıqla mübarizə sahəsində ölkəmizdə həyata keçirilən işlər, o cümlədən konvensiyadan irəli gələn və milli qanunvericiliyə inkorporasiya edilmiş müddəalar haqqında ətraflı məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

İclasda, həmçinin hüquqi yardımın göstərilməsi ilə bağlı tətbiq olunması planlaşdırılan vahid formalarla bağlı təkliflər irəli sürülüb.

Tarix
2016.06.02 / 22:47
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla