Yuxarı

Qalmaqallı direktor: “Məhkəməyə verəcəm” – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalmaqallı direktor: “Məhkəməyə verəcəm” – Video

Abşeron rayonunda 17 saylı uşaq bağçasının direktoru təyin olunan Gülnar Nəbi Çingiz haqqında yayılan məlumatlara aydınlıq gətirib.

Axar.az xəbər verir ki, 36 yaşlı direktor yayılan məlumatların uydurma, şəkillərin bir qisminin isə ona aid olmadığını bildirib.

Abşeron rayon İcra Hakimiyyəti də hadisəyə münasibət bildirib. İH-nin mətbuat katibi Seymur Qasımbəyli ANS-ə açıqlamasında xanım müdirənin iki diplomu olduğunu deyib.

"O, 2001-ci ildə San Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialını Hüquqşünaslıq, Bakı Musiqi Akademiyasını isə solo oxuma üzrə bitirib. Yeni direktorun pedaqoji diplomu olmasa da, bu onun direktor olmasına heç bir əngəl yaratmır", - mətbuat katibi qeyd edib.

Qeyd edək ki, baxça direktoru təyin olunan Gülnar Nəbi Çingiz uzun müddət müğənni kimi fəaliyyət göstərib.

Tarix
2016.06.03 / 10:43
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla