Yuxarı

Köçəryan kombinatda dəzgahları yağlayırdı… - Xankəndi sakini

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 11-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində zərərçəkmiş Nazeykə Atakişiyeva ifadə verib və sualları cavablandırıb.

Axar.az xəbər verir ki, 1954-cü ildə Xankəndi şəhərində anadan olmuş və orada yaşamış N. Atakişiyeva ermənilərin Xankəndidə yaşayan azərbaycanlılara münasibətinin yaxşı olmadığını, 1988-ci ilin fevralından isə bu münasibətin çox pis şəkildə dəyişdiyini bildirib.

N.Atakişiyeva Xankəndidə yerləşən Qarabağ İpək Kombinatında toxucu işlədiyini, Robert Köçəryanın həmin kombinatda dəzgahların yağlanması işinə baxdığını, sonradan komsomol katibi keçdiyini, azərbaycanlılara qarşı fəaliyyətdə əsas adamlardan biri olduğunu bildirib.

“1988-ci ilin fevralından başlayaraq iş yerindən çıxanda bizi saqqallılar gözləyirdi. Onlar Xankəndidən deyildilər”, - deyə o qeyd edib.

O, yaşadığı evin qarşısında ermənilər tərəfindən daşlandığını, təhqir olunduğunu deyib və əlavə edib:

“Evimizin qapısını döyürdülər, söyürdülər ki, buradan gedin, burada biz yaşayacağıq”.

Zərərçəkmiş şəxs 1988-ci ilin fevralında evinin talan edilərək dağıdıldığını, həmin vaxt Ağdama getdiklərini deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Tarix
2025.04.11 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli təkzib etdi: Azərbaycana blok qoymadıq, amma...

Rusiya XİN-dən Bakıya cavab: Zaxarova elə söz deməyib!

Mustafayev Ermənistana, Qriqoryan Azərbaycana gəldi

Azərbaycan bu ölkə ilə 3 sənəd imzaladı

Rusiya türk dünyasından asılı vəziyyətə düşür: 50 milyard...

Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar - Siyarto

Putin müharibəni dayandırsa, ağır sualla üzləşəcək - Ekspert

İran Zəngəzurda strateji məğlubiyyətə uğradı – Hill

16 min erməni Ermənistan vətəndaşı oldu

Sinin paradının əks-sədası: Kimlərə meydan oxudu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla