Yuxarı

Türkiyə Baş nazirinin xanımı Muğam Mərkəzində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Baş nazirinin xanımı Muğam Mərkəzində - Foto

İyunun 3-də Türkiyə Respublikası Baş nazirinin xanımı Semiha Yıldırım Beynəlxalq Muğam Mərkəzi ilə tanış olub.

Axar.az xəbər verir ki, Türkiyə Baş nazirinin xanımına Mərkəz haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəz Fondun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilib.

Qeyd olunub ki, Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb. Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr olan üçmərtəbəli binadan ibarətdir. Binanın forması Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. 2008-ci ilin dekabrın 27-də istifadəyə verilən Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası var.

Diqqətə çatdırılıb ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.

Mərkəz ilə yaxından tanış olan Türkiyə Baş nazirinin xanımı burada Azərbaycanın görkəmli muğam ifaçılarının büstlərinə baxıb.

Semiha Yıldırım gənc muğam ifaçıları Arzu Əliyeva və Elnur Zeynalovun ifasında xalq və bəstəkar mahnılarını dinləyib.

Azərbaycan muğamlarından xüsusi zövq alan qonaq ifaçılarla görüşüb, onlara uğurlar arzulayıb və xatirə şəkli çəkdirib.

Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılan qonağa xatirə hədiyyəsi təqdim olunub.

Tarix
2016.06.03 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla 6 sənəd imzalandı - Zelenski

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Azərbaycan XİN-dən Nyu York merinə cavab

Zelenski Qəbələdən paylaşım etdi - Foto

Zelenski: Rusiya ilə danışıqlar Azərbaycanda keçirilsin

Zelenski buna görə İlham Əliyevə təşəkkür etdi

Həm Azərbaycanda, həm də Ukraynada... - Prezident

SOCAR Ukraynada uzun illərdir ki... - Prezident

2022-ci ilin yanvarında Kiyevdə apardığımız fikir mübadiləsi...

Zelenski Qəbələdə: Əliyevlə təkbətək görüş keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla